ABŞ ordusuna məxsus AH-64 "Apache" hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Helikopterin göyərtəsindəki hər iki heyət üzvü sağ xilas edilib.
Helikopterin İran tərəfindən vurulub-vurulmadığı, texniki nasazlıq və ya başqa bir səbəbdən qəzaya uğradığı hələ də məlum deyil.
İran 28 fevralda müharibənin başlamasından bəri təxminən 30 Reaper dronu vurub. Bir neçə ABŞ döyüş təyyarəsi də dost və ya düşmən atəşi nəticəsində vurulub. Lakin, “Apache” helikopteri əgər İran tərəfindən vurulubsa, bu, münaqişədə itirilən ilk “Apache” olacaq.
Ağ Ev və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisə ilə bağlı şərh verməkdən imtina edib.
Hellfire raketləri ilə təchiz olunmuş AH-64 “Apache”, bölgədəki ən təsirli hava platformalarından biri hesab olunur.
Tahir TAĞIYEV