ABŞ və İran arasında atəşkəs danışıqları davam etdiyi bir vaxtda, dünən Yaxın Şərqdə yenidən başlayan qarşılıqlı hücumlar ABŞ prezidenti Donald Trampın müdaxiləsi ilə müvəqqəti olaraq dayandırılıb.
Tramp respublikaçı senator Lindsi Qremə dəstək telekonfransda İranla bağlı diqqətçəkən mesajlar verib.
İranla bağlı məsələlərdə çox yaxşı mövqedə olduqlarını və razılaşma ilə bağlı prosesin yaxşı getdiyini iddia edən Tramp, məsələnin tezliklə həll olunacağını bildirib.
"Çox güclü komandamız var və düşünürəm ki, bu müharibədə qalib gəlirik. Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman həqiqətən qalib gəlmiş olacağıq" – deyə ABŞ prezidenti bildirib.
Tramp, bu proseslə ABŞ-da benzin qiymətlərinin sürətlə düşəcəyi mesajını da verib.
Tahir TAĞIYEV