Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna Tərəf Dövlətlər Assambleyasının Bürosu Baş Prokuror Kərim Xanı cinsi təcavüz iddiaları ilə əlaqədar vəzifəsindən kənarlaşdırıb. Müvafiq bəyanat BCM-in saytında 8 iyun bazar ertəsi günü dərc edilib.
Məhkəmənin məlumatına görə, prokurorun vəzifəsindən kənarlaşdırılması qərarı dərhal qüvvəyə minir. Lakin iş üzrə yekun qərar daha sonra Roma Statutuna Tərəf Dövlətlər Assambleyası tərəfindən veriləcək.
2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru kimi Kərim Xan Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belova üçün həbs qərarı verib. 2024-cü ildə isə o, İsrail Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün də həbs qərarı çıxarıb.
Elə həmin il bir qadın işçi 56 yaşlı prokuroru cinsi təcavüzdə ittiham edib. Qadının sözlərinə görə, Kərim Xan uzun müddət ərzində dəfələrlə ona təcavüz edib və cinsi hərəkətlər etməyə məcbur edib.
Bundan sonra Beynəlxalq Cinayət Məhkəməsinə üzv Dövlətlər Assambleyası Xana qarşı istintaq başladıb. 2025-ci ilin may ayında Baş prokurorun inzibati məzuniyyətə çıxacağı və istintaq müddətində xidmət etməyəcəyi açıqlanıb. Xan hələ də ona qarşı irəli sürülən ittihamları rədd edir.
SAMİRƏ