ABŞ federal məhkəməsi 100.000 dollarlıq H-1B iş vizası üçün müraciət haqqını ləğv edib. Ödəniş Tramp administrasiyası tərəfindən 2025-ci ilin sentyabr ayında tətbiq edilib. İyirmi ştat Trampın icra sərəncamını ləğv etmək üçün iddia qaldırıb.
Viza haqqının əslində qanunsuz vergi olduğuna qərar verən məhkəmə bildirib ki, "Prezidentin H-1B viza müraciətlərinə vergi tətbiq etmək səlahiyyəti yox idi".
Frans Press-in məlumatına görə, başqa bir federal hakim əvvəllər 100.000 dollarlıq rüsumu təsdiqləyib - bu qərar hazırda apelyasiya şikayəti əsasındadır.
Qeyd edək ki, H-1B vizası ABŞ-ın böyük texnologiya şirkətləri arasında populyardır və yüksək ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulub. Bu vizalar ən çox böyük texnologiya şirkətləri tərəfindən istifadə olunur. Təsdiqlənmiş bütün müraciətlərin təxminən dörddə üçü Hindistandan olan işçilər üçündür.
Trampın immiqrant əleyhinə siyasətinin son addımı olan bu vizalar üçün rüsumun 100.000 dollara qaldırılması barədə sərəncamı 2025-ci ilin sentyabr ayında qüvvəyə minib. Ağ Ev bu qərarı xarici işçilərin amerikalılar üçün nəzərdə tutulmuş iş yerlərini tutmaması niyyəti ilə əsaslandırıb. Rüsum artımından əvvəl H-1B vizasının qiyməti 5000 dollardan çox deyildi.
SAMİRƏ