Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəməyib.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Ermənistan Xarici İşlər Nazirliyinin 2025-ci il büdcəsinin icrası ilə bağlı illik hesabatını təqdim edərkən bildirib.
“Üzvlük haqqını sadə bir səbəbə görə ödəməmişik” deyən Mirzoyan qeyd edib ki, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etməyib.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə də KTMT-yə üzvlük haqqını ödəməyib.
Tahir TAĞIYEV