ABŞ prezidenti Donald Tramp İsrail və İranı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Tramp Truth Social hesabındakı paylaşımında "İsrail və İran dərhal “atəş”i dayandırmalıdır" deyə çağırış edib.
"İsrail və İran, hər iki tərəf də dərhal atəşkəs əldə etməyi hədəfləyir! “Sülh” məsələsində son danışıqlar, bu prosesin qarşısına çıxa biləcək hər hansı bir cəhalət və ya axmaqlıq istisna olmaqla, davam edir. Yekun razılaşma əldə olunana qədər blokada qüvvədə qalacaq və tam gücü ilə davam edəcək. İşlər sürətlə getməlidir" – deyə ABŞ prezidenti açıqlamasında bildirib.
Tahir TAĞIYEV