Ukrayna dünən gecə Novorossiyskə irimiqyaslı dron hücumu həyata keçirib. Ukrayna mediasının məlumatına görə, hücum zamanı “Qruşovaya” neft bazası vurulub və bazada güclü yanğın başlayıb.
Novorossiysk sakinləri gecə saatlarında obyektə təxminən 50 zərbə barədə məlumat veriblər. Sözügedən obyekt “Şesxaris” yükləmə kompleksinin tərkib hissəsidir.
“Qruşovaya” sənaye obyekti Novorossiyskdən təxminən 12 kilometr məsafədə yerləşir. Bu obyekt Qafqazda ən böyük neft ötürmə anbarlarından biri hesab olunur. Açıq mənbələrə görə, sənaye ərazisi təxminən 212–213 hektarı əhatə edir. Burada neft və neft məhsullarının saxlanması üçün onlarla çən yerləşir və ümumi tutum 1,2 milyon kubmetrdən çoxdur.
Tahir TAĞIYEV