İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin hücumlarına və gərginliyin artmasına görə ABŞ-ı günahlandırıb.
İsrailin ABŞ ilə koordinasiya olmadan heç bir addım atmadığını bildirən Bekayi, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) da İsraillə koordinasiya etdiyini açıq şəkildə bildirdiyini deyib.
"İsrailin təcavüzünə görə ABŞ-ın məsuliyyəti aydındır və ABŞ gərginliyin artmasının nəticələrinə görə məsuliyyət daşıyır", - sözçü bildirib.
ABŞ rəsmilərinin İsrailin Livana hücumlarından xəbərsiz olduqlarını dediklərinə diqqət çəkən Bekayi, ABŞ-la İsrail arasında iş paylaşımının olduğunu iddia edib və bölgənin sabitliyindən ABŞ-ın məsuliyyət daşıdığını bildirib. Qarşı tərəflərin atəşkəsi davamlı və dəfələrlə pozulduğunu deyən Bekayi, son 24 saatda baş verən hadisələrin şübhələri və etimadsızlığı daha da artırdığını bildirib.
Tahir TAĞIYEV