Dünən gecə Moldovada Ukraynadan çox da uzaqda olmayan bir kəndin yaxınlığına naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Moldova Xarici İşlər Nazirliyi Lopatna kəndi yaxınlığına düşən PUA-nın partladığını açıqlayıb.
Hadisəni pisləyən nazirlik, bu cür obyektlərin Moldova hava məkanında icazəsiz uçuşunu və ya ölkə ərazisinə düşməsini “milli təhlükəsizliyə təhdid, dövlətin suverenliyinin və ərazi bütövlüyünün pozulması” adlandırıb.
Bildirilir ki, hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalar aparılır.
Tahir TAĞIYEV