Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan seçkilərdən sonra hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament çoxluğunu təmin edəcəyini və hökuməti təkbaşına quracağını açıqlayıb. O, bu açıqlamanı parlamentdə 2025-ci il büdcə müzakirələri zamanı verib.
Bu arada, Ermənistan Milli Assambleyasında (parlament) keçirilən növbəti seçkilərin nəticələrinə görə, yeni qanunverici orqanda dörd siyasi qüvvə təmsil olunacaq - hazırkı hakim partiya Vətəndaş Müqaviləsi, Güclü Ermənistan bloku, "Ermənistan" bloku və Çiçəklənən Ermənistan Partiyası.
Parlamentdə yerlər aşağıdakı kimi bölüşdürüləcək:
Vətəndaş Müqaviləsi Partiyası - 61 yer
Güclü Ermənistan Bloku - 28 yer
“Ermənistan” Bloku – 11 yer
Çiçəklənən Ermənistan Partiyası - 5 yer.
Çiçəklənən Ermənistan Partiyası son anda 4%-lik baryeri aşmağı bacarıb və bu da partiyanın parlamentə daxil olmasına imkan verir.
Bundan əlavə, Ermənistanın dörd ən böyük milli azlığının parlamentdəki yerilərindən üçü Vətəndaş Müqaviləsi Partiyasına, biri isə Güclü Ermənistan blokuna veriləcək.
Tahir TAĞIYEV