İran növbəti dəfə İsraili hədəf alıb. İran dan atılan raketlər səbəbindən İsrailin mərkəzi və cənubundakı bir neçə şəhərdə həyəcan siqnalı verilib.
İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərinə qarşı aktivləşdirilib.
İran İnqilab Keşikçiləri Korpusu hücumun İsrailin ölkə daxilində üç fərqli yerdəki bir neçə radar obyektinə raket hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb. Əməliyyat Tel Nof və Navatimdəki strateji hava bazalarındakı əsas obyektləri hədəf alır.
Tahir TAĞIYEV