Filippin yaxınlığında, Çelebes dənizində 7,8 bal gücündə zəlzələ baş verib. 1990-cı ildən bəri ölkədə ən güclü zəlzələ kimi qeydə alınan fəlakətdən sonra Sakit okeanda bənövşəyi kodlu sunami xəbərdarlığı edilib, qonşu İndoneziyanın sahil ərazilərində isə təcili təxliyə əmrləri verilib.
Zəlzələdən sonra ən böyüyü 6,5 bal gücündə olan altıdan çox güclü afterşok qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
Filippin Milli Polisinin məlumatına görə, Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla 37 binaya ziyan dəyib. Zəlzələ nəticəsində General Santos şəhərində bir neçə bina uçub, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Sahil ərazilərindəki sakinlərə dərhal daha yüksək ərazilərə və ya daxili bölgələrə təxliyə olunmaları tövsiyə edilib. Tayvan, Yaponiyanın Sakit okean sahili, Quam, Yap, Palau və Papua Yeni Qvineya da təhlükəli dəniz səviyyəsinin dəyişməsi səbəbindən dalğa riski xəritəsinə əlavə edilib.
Tahir TAĞIYEV