Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın baş naziri Paşinyanı seçkilərdəki uğuru münasibətilə təbrik edib.
"Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini gücləndirmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm" - deyə Kobaxidze sosial media hesabında yazıb
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini hələ rəsmi olaraq açıqlamayıb.
Tahir TAĞIYEV