Ermənistan Mərkəzi Seçki Komissiyası elektron səsvermənin nəticələrini açıqlayıb. Elektron səsvermə hüququ olan 537 vətəndaşdan 410-u seçkilərdə iştirak edib. 22 bülleten etibarsız hesab edilib.
MSK sədri Hovakimyanın açıqlamalarına görə, baş nazir Paşinyanın parriyası “Vətəndaş Müqaviləsi” səsvermədə lider olub - 330 səs.
“Güclü Ermənistan” bloku və “Birlik Qanadları” Partiyası hər biri 13, “Ermənistan” seçki bloku isə 8 səs qazanıb. “Çiçəklənən Ermənistan” Partiyası 5, “Şərəfli Partiya” 5, “Respublika” Partiyası isə 4 səs əldə edib.
Son məlumatlara görə, seçici fəallığı 58,97% və ya 1.476.597 nəfər təşkil edib. Seçici siyahılarında ümumilikdə 2.503.976 nəfərin adı var. Seçkilərdə on altı partiya və iki blok iştirak edir.
Tahir TAĞIYEV