Ermənistanda 110 seçki məntəqəsində açıqlanan ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası öndə gedir.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Paşinyanın partiyası 110 seçki dairəsində səslərin 57,14%-ni toplayaraq liderlik edir.
Sonrakı yerləri ardıcıllıqla “Güclü Ermənistan” (21.43%), Ermənistan Bloku (8.21%) və “Çiçəklənən Ermənistan” (5.10%) tutur.
Tahir TAĞIYEV