İranın Livana hücumlardan sonra İsrailə qarşı qisas hücumları rəsmi olaraq başlayıb. İran İsrailin paytaxtı Təl-Əviv də daxil olmaqla bir neçə ərazini hədəf alan ballistik raketlərlə hava hücumları təşkil edib.
Raketlər İrandan atıldıqdan sonra Tel-Əvivdə həyəcan siqnalı verilib.
İsrail ordusu da raket hücumunu təsdiqləyib. İsrail ordusunun açıqlamasında İrandan raket atışlarının qeydə alındığı bildirilib.
Qeyd edilib ki, İran raketləri səbəbindən ölkənin bir çox yerində həyəcan siqnalı verilib və hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün işə salınıb.
Qeyd edək ki, bundan əvvəl atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutdakı Dahiye ərazisinə hava hücumu təşkil edib. İlkin məlumatlara görə, həmin hava hücumunda iki nəfər ölüb, on bir nəfər yaralanıb.
Tahir TAĞIYEV