İsrailin Livana hücumlarından və sonrakı qisas açıqlamalarından sonra Yaxın Şərqdə gərginlik daha da yüksəlib. Son məlumatlara görə, İranın İsrail ordusunun Livanın Dahiye bölgəsinə hücumuna qarşı mümkün cavab hücumu açıqlamalarından sonra Qətər 14 iyun tarixinə qədər hava məkanını bağladığını elan edib.
Qeyd edilib ki, bu qərar bölgədə artan hərbi fəaliyyət və hava məkanının pozulması riskinə qarşı tədbir kimi qəbul edilib. Aviasiya orqanları prosesin diqqətlə izlənildiyini və uçuş planlarının müvafiq olaraq yeniləndiyini bildiriblər.
İsrail ordusunun Livan ərazisinə hücumlarından sonra bölgədə münaqişənin potensial eskalasiyası ilə bağlı narahatlıqlar beynəlxalq gündəmin bir nömrəli mövzusuna çevrilib. Bu hadisələrdən dərhal sonra İran rəsmiləri İsrailin hərəkətlərinə "qətiyyətli cavab verəcəklərini" bildiriblər.
Tahir TAĞIYEV