Vaşinqtonun ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin Körfəz ölkələrinə vurduğu ziyanın aradan qaldırılması üçün yenidənqurma və təmir işlərində İran aktivlərindən istifadə etməyi düşündüyü iddia edilir.
CBS News-un məlumatına görə, ABŞ-ın Maliyyə naziri Skott Bessentə yaxın adları açıqlanmayan mənbələr iddia ediblər ki, Bessent Maliyyə Nazirliyinə müharibənin başlanğıcından bəri İranın Körfəz ölkələrinə vurduğu ziyanın təxmini dəyərini müəyyən etməyi tapşırıb.
Mənbələr Maliyyə Nazirliyinin İranın Körfəz ölkələrinə vurduğu zərərlə bağlı təmir və yenidənqurma işlərində Tehranın aktivlərindən istifadə etmək niyyətində olduğunu və bu aktivlərin istifadə edilib-edilməməsinin dəyərləndiriləcəyini bildirib.
Lakin sözügedən İran aktivlərinin banklarda dondurulmuş vəsaitlər, ya neft tankerlərini kimi varlıqları əhatə etdiyinə dair təfərrüatlar məlum deyil.
Qeyd edək ki, Tehran administrasiyası bloklanmış 24 milyard dollarlıq vəsaitin razılaşmanın elan edilməsi ilə birgə sərbəst buraxılmasını, qalan hissəsinin isə 60 gün ərzində köçürülməsini tələb etmişdi.
Bundan əvvəl "Aljazeera", tərəflərin dondurulmuş aktivlərlə bağlı razılığa gəldiyini bildirmişdi. Xəbərdə İranla ABŞ arasında razılaşmanın elan edilməsi ehtimalının çox yüksək olduğu bildirilirdi.
ABŞ prezidenti Donald Tramp bu gün İranın dondurulmuş aktivləri ilə bağlı verdiyi açıqlamada, dondurulmuş aktivləri əvvəlcədən buraxmayacağını və hər hansıbir razılaşmanın bir hissəsi olaraq sanksiyaları ləğv etməyəcəyini deyib.
Tahir TAĞIYEV