Moskva İrəvana daim deyir ki, Avropa İttifaqı (Aİ) iqtisadi birlikdən hərbi-siyasi alyansa çevrilib. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Biz illərdir ki, Ermənistanla bu barədə daim danışırıq. Təbii ki, bütün bunlar bağlı qapılar arxasında edilirdi; biz bunu ictimaiyyətə açıqlamaq istəmirdik. Bu gün Avropa İttifaqının artıq əvvəlki iqtisadi inteqrasiya birliyi olmadığını dedilər. Aİ bu gün əslində hərbi-siyasi birliyə çevrilmiş və ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə bəyan edən bir ittifaqdır", - deyə o, bildirib.
Overçuk əlavə edib ki, Moskva hər zaman rməni həmkarlarının, dostlarının və müttəfiqlərinin diqqətini buna çəkib və çəkməkdə də davam edir ki, nə etdikləri barədə düşünsünlər".
Tahir TAĞIYEV