ABŞ rəsmilərinin fikrincə, İsrailin İranla danışıqlarda Vaşinqtonun mövqelərini öyrənmək səyləri "həddi aşıb".
Bu barədə "New York Times" qəzeti yazır.
"Bəzi ABŞ rəsmiləri hesab edir ki, İsrailin İranla danışıqlarda ABŞ-ın mövqelərini araşdırmaq üçün gücləndirilmiş səyləri həddi aşıb"- məqalədə deyilir.
Qeyd olunur ki, ABŞ kəşfiyyat hesabatlarında İsrail kəşfiyyatının İranla sülh sazişi üzərində işləyən Amerika danışıqçılarını dinləməsi ilə bağlı artan narahatlıqlar sənədləşdirilib. İsraildən gələn əks-kəşfiyyat təhdidində isə ümumi artım qeydə alınıb.
SAMİRƏ