Qara dənizdə, Krımın qərbində, Sevastopol sahillərində Türkiyə bayrağı altında üzən Duru 67 balıqçı gəmisinə hücum olub. Türkiyə Sahil Mühafizəsi Komandanlığının məlumatına görə, hücum nəticəsində gəmi batıb.
Sahil Mühafizəsi Komandanlığı hücum nəticəsində batan qayıqdakı yaralıların yaxınlıqdakı balıqçı gəmisi Burak Kaya tərəfindən xilas edildiyini və ağır vəziyyətdə olan bir nəfərin İneboluya aparılarkən öldüyünü açıqlayıb. Hədisəzamanı dörd nəfər yaralanıb.
Tahir TAĞIYEV