İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun Sirik və Qeşm adalarına hücum etdiyini açıqlayıb. Buna cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ bazalarının raket zərbələri endirilib.
Bildirilir ki, yerli vaxtla saat 01:30-da dörd neft tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, bundan sonra dörd neft tankerindən biri hədəfə alınıb və daha sonra yerli vaxtla saat 02:00-da Sirik və Qeşm adalarındakı iki ABŞ rabitə qülləsinə raket hücumu həyata keçirilib.
SEPAH-ın açıqlamasına qeyd olunur ki, bu hücumlardan sonra Hava və Kosmik Qüvvələri Küveytdəki ABŞ-ın Əli əl-Salim hava bazasını və Bəhreyndə yerləşən Beşinci Donanma Qərargahını hədəfə alıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında isə ABŞ qüvvələrinin "İranın Hörmüz boğazına və Körfəz ölkələrinə doğru atdığı çox sayda ballistik raketi və pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirdiyi" və əlavə olaraq "İranın Hörmüz boğazına göndərdiyi dörd PUA-nın vurulduğu və bu PUA-ların bölgədə dəniz nəqliyyatı üçün birbaşa və qaçılmaz təhlükə yaratdığı" bildirilir.
Açıqlamada "İranın Küveyt və Bəhreynə yeddi ballistik raket atdığı" və ABŞ qüvvələrinin gələcək dəniz hücumlarının qarşısını almaq üçün Sirik və Qeşm adalarındakı sahil müşahidə radar nöqtələrini hədəf aldığı bildirilir.
Tahir TAĞIYEV