Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Ukrayna ilə bağlı razılaşma ilə şantaj etməyə çalışıb və ondan Bricit Makronla bağlı istintaqı dayandırmasını tələb edib. Bu barədə jurnalist Kendas Ouens TASS-a bildirib. "Tramp mənə birbaşa zəng edib. Bu yalan deyil, real hekayədir. Zəng qeydlərim var. Daha dəqiq desək, o mənə Mar-a-Laqodan zəng edib. Tramp dedi ki, "Baxın, Makronun Rusiya və Ukrayna ilə bağlı bəzi razılaşmalar imzalamasına ehtiyacımız var və Emmanuel Makron deyir ki, siz onun həyat yoldaşı haqqında danışmağı dayandırana qədər onları imzalamayacaq", - deyən Ouens bunu "tamamilə dəlilik" adlandırıb. Qeyd edək ki, Ouens ABŞ-da mühafizəkar fiqurdur və YouTube kanalında 6 milyondan çox abunəçisi olan məşhur podkastın aparıcısıdır. 2024-cü ilin mart ayından bəri o, dəfələrlə Fransa prezidenti Makronun həyat yoldaşı Bricit Makronun əslində kişi kimi doğulduğunu iddia edib. Ouens onu da bildirir ki, artıq istintaq başa çatıb və Bricit Makronun kişi olduğuna şübhə yoxdur. Ouens bildirib ki, Bricit Makronun əslində kişi məktəb müəllimi olduğuna və Emmanuel Makrona fransız dilindən dərs dediyinə dair təkzibolunmaz dəlilləri var. Ouensin sözlərinə görə, Bricit Makron əslində onu cinsi iddialarına görə deyil, Birinci xanımın bacısının və ya qardaşının sənədlərini oğurladığını iddia etdiyinə görə məhkəməyə verib.
Bundan əlavə, Ouens Fransanın birinci xanımının daha öncə hərbçi olduğunu və yetkinlik yaşına çatmayan bir tələbəyə təcavüz etdiyini iddia edib. Fransa prezidenti və həyat yoldaşı məhkəməyə Ouensin iddialarını təkzib edən dəlillər təqdim etməyi planlaşdırır.
SAMİRƏ