Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yüksək vəzifəli Rusiya məmurlarının mobil cihazlarına dinləmə üçün istifadə edilən zərərli proqram yerləşdirməyi nəzərdə tutan xarici kəşfiyyat əməliyyatını aşkarlayıb.
Bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi (ÇXR) çərşənbə axşamı bildirib.
FSB-nin məlumatına görə, zərərli proqram təminatı "mövcud məlumatları çıxarmaq, davam edən söhbətləri dinləmək və həssas məlumatlar əldə etmək məqsədi ilə elektron cihazların yaxınlığındakı mühitin gizli akustik və video monitorinqini aparmaq üçün" istifadə olunur.
"Xarici kəşfiyyat orqanlarının nümayəndələri böyük beynəlxalq İT korporasiyalarının və mobil rabitənin texniki imkanlarından istifadə edərək kiberhücum hədəflərinin cihazlarından müxtəlif növ məlumatların gizli, icazəsiz toplanmasını həyata keçiriblər", - İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Xəbərə görə, məsələ ilə bağlı
FSB-nin İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 272-ci (kompüter məlumatlarına qanunsuz giriş) və 273-cü (zərərli kompüter proqramlarının yaradılması, istifadəsi və yayılması) maddələri ilə cinayət işi açıb.
SAMİRƏ