İsrailin Beyruta hava hücumu əmrindən dərhal sonra Almaniyanın inkişaf naziri Rim Alabali-Radovan və onun nümayəndə heyəti bombaların kölgəsində Livana eniş etməyə çalışarkən ölümdən son anda qurtulub.
Məlumata görə, naziri daşıyan təyyarə Beyrut Rafiq Həriri Beynəlxalq Hava Limanına eniş etmək üzrəykən son anda marşrutunu dəyişdirmək məcburiyyətində qalıb.
Almaniya İnkişaf Nazirliyinin rəsmi açıqlamasında təyyarənin Beyrutun hava məkanına yaxınlaşması ilə təhlükəsizlik risklərinin ən yüksək həddə çatdığı vurğulanıb: "Beyrut səfərini eniş zamanı ləğv edilmək məcburiyyətində qaldıq. Ləğv qərarı hərbi səbəblərdən Beyrutda sürətlə artan gərginlikdən sonra aparılan dəyərləndirmələrdən sonra verilib".
Qeyd edilib ki, son anda eniş cəhdindən imtina edən nazirlik təyyarəsi birbaşa Berlinə qayıtmazdan əvvəl zəruri yanacaq doldurma dayanacağı üçün Cənubi Kiprə gedib.
Alman nümayəndə heyətinin havada geri dönmək qərarının vaxtı da diqqət çəkir. Bildirilir ki, bu fövqəladə hadisə İsrail Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İisrael Katzın İsrail ordusuna Beyrutun cənubundakı Dahiye bölgəsində yeni hava hücumları təşkil etmək barədə göstəriş verdiklərini elan etməsindən dərhal sonra baş verib.
Tahir TAĞIYEV