Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan yola çıxan və sanksiya altında olan "Tagor" adlı neft tankerini saxlamaq üçün əməliyyat keçirib.
Fransa prezidenti Makron əməliyyatın Böyük Britaniya da daxil olmaqla bir çox tərəfdaşın dəstəyi ilə və beynəlxalq sularda dəniz qanunlarına tam uyğun olaraq həyata keçirildiyini bildirib.
Əməliyyatla bağlı yayılan videoda fransız desantlarının vertolyotla gəmiyə endiyi və göyərtəni tez bir zamanda ələ keçirdiyi görünür. Saxlanan tankerin hara aparıldığı məlum deyil.
Avropa ölkələri son altı aydır ki, sanksiyalar altında olan Rusiya tankerlərini hədəf alır. Rusiyanın "kölgə donanması" adlandırılan bu tankerlərdən sanksiya altında olan Rusiya neftini gizli şəkildə üçüncü ölkələrə daşımaq üçün istifadə olunur.
Bu tankerlərin heç biri Rusiya bayrağı altında üzmür. Onlar Malta, Palau və Vanuatu kimi ölkələrin bayraqları altında hərəkət edirlər.
Bu “kölgə donanması”nın gəmilərinin aid olduğu şirkətlər, Rusiya kapitalı ilə yaradılan şirkətlər Çin, Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdə yerləşir.
“Kölgə donanması” gəmilərinin aid olduğu şirkətlər Rusiya kapitalı ilə Çin, Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdə qurulur.
Tahir TAĞIYEV