Fransa İsrail qüvvələrinin Livandakı Bofort (Şakif) qalasını ələ keçirməsindən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırıb. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot açıqlama verib.
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdim, çünki İsrailin bütün ölkələrdə olduğu kimi, özünümüdafiə hüququ tanınsa da, heç bir şey İsrailin Livandakı hərbi əməliyyatlarının davam etdirilməsinə və Livan ərazisinin getdikcə daha dərin işğalına haqq qazandırmır" – deyə Barrot bildirib.
Tahir TAĞIYEV