UEFA Çempionlar Liqasında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlar zamanı 426 nəfər həbs edilib.
Bildirilib ki, paytaxt Paris də daxil olmaqla, bəzi şəhərlərdə qələbənin qeyd edilməsi iğtişaşlarla müşayiət olunub, avtobus dayanacaqları və küçələrdə tullantı yeşikləri yandırılıb. Qarşıqlığın ardından hüquq-mühafizə orqanları əməkdaşları hadisələrə müdaxilə edib. 426 nəfər həbs edilib.
Fransanın daxili işlər naziri Loran Nunezə iğtişaşlar zamanı 7 polis əməkdaşının yaralandığını bildirib.
Tahir TAĞIYEV