ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın "əsasən danışıqlar yolu ilə əldə edildiyini" və Hörmüz boğazının yenidən açılacağını bildirib.
Bu barədə CNN-in xəbərində deyilir. Xəbərə görə, Tramp bunun yalnız Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və digər ölkələr arasında yekunlaşdırılmasının qaldığını deyib". Lakin İran dövlət xəbər agentliyi Fars Trampın iddiasını təkzib edərək bildirib ki, ABŞ-İran razılaşmasının son versiyasına görə, Hörmüz boğazı İranın nəzarəti altında qalacaq.
"İran keçən gəmilərin sayının müharibədən əvvəlki səviyyəyə qayıtmasına razılıq versə də, bu, heç bir şəkildə müharibədən əvvəlki kimi "sərbəst keçid" demək deyil", - deyə nəşr bildirib. Nəşrin mənbəyinə görə, görünür, tamamlanmaq üzrə olan anlaşma memorandumunun son versiyalarında İranla hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının tədricən yenidən açılması və İran limanlarına qarşı Amerika blokadasının qaldırılması nəzərdə tutulur.
Razılaşma həmçinin xarici banklarda saxlanılan bəzi İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını da nəzərdə tutur. Memorandumu imzaladıqdan sonra tərəflər qalan mübahisəli məsələləri, xüsusən də İranın nüvə proqramı ilə bağlı məsələləri, o cümlədən silah dərəcəli uran ehtiyatlarının taleyini həll etmək üçün 30 gün danışıqları davam etdirəcəklər.
SAMİRƏ