Çinin şimalındakı Şansi əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində 90 işçinin öldüyü bildirilir.
Sinxua xəbər agentliyinin məlumatına görə, səhər tezdən Çinyuan rayonundakı kömür mədənində partlayış qaz sızması nəticəsində baş verib.
İlkin məlumatlara görə, mədəndə çalışan 247 işçidən 90-ı ölüb. Dağıntılar altında qalan işçilərla bağlı axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı ehtimalı var.
Kömür mədənindəki partlayış son illərdə Çində baş verən ən ölümcül mədən qəzalarından biridir.
2023-cü ildə Daxili Monqolustan Muxtar Bölgəsindəki açıq mədəndəki çökmə nəticəsində 53 işçi həlak olub.
Tahir TAĞIYEV