Nəşr yazır ki, vasitəçilər Vaşinqton və Tehran arasında mümkün atəşkəsin pozulmasının qarşısını almaq üçün diplomatik səylərini artırıblar.
Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munir rəhbərlik etdiyi nümayəndə heyəti cümə axşamı İrana səfər edib. Qərb mediası, həmçinin Tehranda Qətərdən olan nümayəndələrin də danışıqlarda iştirak etdiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını qeyd edib və “diplomatiyanın zaman tələb etdiyini” vurğulayıb.
ABŞ tərəfi isə bu həftə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb. Bununla yanaşı, Qərb mediası Vaşinqtonun İrana qarşı yeni zərbələr endirməsi ehtimalını da istisna etmir.