Avropa Komissiyası Ukraynadakı münaqişənin 2026 və 2027-ci illərdə də davam edəcəyini proqnozlaşdırır. Bu barədə Komissiyanın yaz iqtisadi proqnoz hesabatında deyilir.
Hesabatda regionda geosiyasi gərginliyin davam edəcəyi və Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağı, Moskvanın isə bunu qanunsuz hesab etdiyi bildirilir.
Komissiya həmçinin Ukraynanın maliyyələşdirmə ehtiyaclarını 2027-ci ilin sonuna qədər xarici mənbələr hesabına qarşılanmasını planlaşdırdığını açıqlayıb.
Tahir TAĞIYEV