ABŞ ordusu Oman körfəzində blokadanı pozmağa çalışan İran bayrağı altında üzən neft tankerinə desant endirib.
"Bu gün Oman körfəzində ABŞ-ın 31-ci Dəniz Ekspedisiya Qüvvələrinin dəniz piyadaları ABŞ-ın blokadasını pozmağa və İran limanına doğru getməyə çalışan İran bayrağı altında üzən M/T Celestial Sea kommersiya neft tankerinə miniblər" – deyə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilir.
Əməliyyatın təfərrüatlarını paylaşan ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ qüvvələri gəmini axtardıqdan və heyətə kursu dəyişməyi tapşırdıqdan sonra gəmini sərbəst buraxıblar.
Tahir TAĞIYEV