İran ABŞ-la münaqişənin həlli üçün aparılan danışıqların bir hissəsi olaraq zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsinə razılıq verib. Ərəb televiziya kanalı “Al Hadath”ın məlumatına görə, uranın ABŞ-a deyil, Rusiyaya təhvil verilməsini nəzərdə tutan bu addım Tehranın yenidən işlənmiş saziş layihəsində yer alıb.
İranın şərtləri hələlik tam aydın olmasa da, ABŞ-dan iqtisadi güzəştlər tələb etməyə davam edəcəyi qeyd edilir. Həmçinin bildirilir ki, İran Hörmüz boğazında gəmi daşınması məsələsinin nüvə proqramından ayrı saxlanılmasını və uzunmüddətli perspektivdə dondurulmasını (tamamilə aradan qaldırılmamasını) istəyir.
İranın müharibə zamanı dəyən ziyana görə kompensasiya tələbindən imtina edə biləcəyi, lakin iqtisadi güzəştlərdə israr edəcəyi bildirilir.
Bundan əlavə, İran Oman və Pakistandan Hörmüz boğazındakı potensial münaqişələrdə vasitəçilik rolunu əhəmiyyətli dərəcədə artırmağı tələb edir.
Tahir TAĞIYEV