İran hökumətinin zənginləşdirilmiş uranın Rusiya ərazisinə daşınması ilə bağlı Moskvanın təklifini müzakirə etməyə hazır olduğu bildirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi Yeni Dehlidə keçirilən mətbuat konfransında məsələnin Rusiya prezidenti Putinlə görüşü zamanı gündəmə gəldiyini bildirib.
Ağçi bildirib ki, bu məsələ ilə bağlı Rusiya tərəfi ilə müzakirələr indi yox, sonra aparılacaq.
Amerika rəsmilərinin sözlərinə görə, İranın əlində təxminən 440 kiloqram yüksək zənginləşdirilmiş uran var. Bu ehtiyatın böyük bir hissəsinin İsfahanda saxlanıldığı bildirilir.
Qeyd edək ki, Vaşinqtonun İran qarşısında tələblərindən biri də zənginləşdirilmiş uranın ABŞ-a verilməsidir. Hətta bir neçə gün əvvəl Tramp İranın uranın ABŞ-a daşınması tələbini qəbul etdiyini bildirmişdi...
Tahir TAĞIYEV