Polşada çıxan “Rzeczpospolita” qəzetinin məlumatına görə, Polşa Ukraynadan olan həkimləri kütləvi şəkildə işdən çıxarmağa başlayıb.
Ukraynadan olan 207 həkimin lisenziyası polyak dilini yaxşı bilmədikləri üçün may ayında ləğv edilib.
Qəzet yazır ki, COVID-19 pandemiyası zamanı və Ukraynada hərbi əməliyyatların başlamasından sonra Polşada praktika üçün şərti lisenziya alan AB üzvü olmayan həkimlərdən aprelin sonuna qədər B1 səviyyəsində polyak dili üzrə bilik sertifikatı təqdim etmələri tələb olunurdu. Regional tibb palataları artıq Polşada sənədi vaxtında təqdim etməyən həkimlərin lisenziyalarını ləğv etməyə başlayıb.
Tahir TAĞIYEV