Rusiya və Ukrayna “205-ə 205” formulu çərçivəsində hərbi əsir mübadiləsi aparıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 15-də Ukraynadan 205 rus hərbçisi qaytarılıb. Mübadilə zamanı isə 205 ukraynalı hərbi əsir Ukrayna tərəfinə təhvil verilib.
Qeyd edib ki, geri qaytarılan hərbçilər hazırda Belarus Respublikasındadırlar. Onlar lazımi psixoloji və tibbi yardım alırlar.
Rusiya MN, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Ukrayna əsirliyindən rus hərbçilərinin qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərdiyini bildirib.
ZÜMRÜD