ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Amerikanın Ukraynadakı münaqişəyə son qoymaq səyləri dalana dirənib.
Rubio İtaliyanın Baş naziri Meloni ilə görüşü zamanı bildirib ki, ABŞ indiyə qədər vasitəçilik rolu oynamağa çalışıb, lakin bu, müxtəlif səbəblərdən konkret nəticələr verməyib: “Vasitəçi rolunu oynamağa çalışdıq, amma bu indiyə qədər səmərəli nəticə verməyib. Əgər təsirli ola bilərsə, hələ də bu rolu öz üzərimizə götürməyə hazırıq”.
Bununla belə Rubio, Vaşinqtonun irəliləyiş əldə edilməyən bir prosesə vaxt və enerji sərf etmək istəmədiyini vurğulayıb: "Əgər tərəfləri sülh razılaşmasına yaxınlaşdıra biləcək vasitəçilik fürsəti görsək, bunu etmək istərdik".
Tahir TAĞIYEV