Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə təxminən səkkiz milyard dollardan çox silah satışını sürətləndirir.
ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, ölkələr arasında İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt var. Ümumi olaraq, silahların dəyəri səkkiz milyard dolları ötür.
Dövlət Departamenti qərarı Konqresdən yan keçməklə qəbul edib. Məlumata görə, ABŞ dövlət katibi “təcili vəziyyət” elan edib və bu ölkələrə silahın dərhal satılmasını tələb edib.
Tahir TAĞIYEV