Bazar günü günü, 08 noyabr 2026
     

İran - ərəb dünyası ziddiyyətləri savaş həddinə çatır...

Image


İranla bir çox ərəb ölkələri arasında yaşanan ziddiyyətlər getdikcə dərinləşməkdə, özünün daha gərgin mərhələsinə daxil olmaqdadır. Qarşılıqlı ərazi iddiaları, məzhəb savaşı bu gedişlə müharibəyə də səbəb ola bilər.

Məhz belə bir vaxtda Küveytin neft naziri Səəd əl-Bərak bildirib ki, Küveyt və Səudiyyə Ərəbistanı Körfəzdəki “Əl-Dürrə” qaz yatağında müstəsna hüquqlara malikdir. O, bu yatağa iddia edən İranı, ilk növbədə, öz dəniz sərhədlərini müəyyən etməklə iddiasını sübut etməyə çağırıb.

Xatırladaq ki, İran daha əvvəl yataqda payının olduğunu bildirmiş və onun işlənməsi üçün keçən il imzalanmış Səudiyyə-Küveyt sazişini qanunsuz adlandırmışdı. Tehranın bu iddialarını şərh edən küveytli nazir jurnalistlərə müsahibəsində deyib: “Bu yatağın işlənməsi Küveyt və Səudiyyə Ərəbistanının “Əl-Dürrə” sahəsində müstəsna hüququdur və kimin iddiası varsa, sərhədləri demarkasiya etməyə başlamalıdır. Əgər Tehranın buna hüququ varsa, beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edəcək. Qarşı tərəfin dəniz sərhədlərinin dəqiq demarkasiyasına əsaslanmayan iddiaları var”. Əl-Bərakın şərhləri keçən həftə Səudiyyə Ərəbistanı və Küveytin Körfəzdəki "bölünmüş bölgədə" təbii sərvətlərə sahib olduğunu bildirən Ər-Riyadın mövqeyi ilə üst-üstə düşür. Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA bildirib ki, Krallıq da İrana bölgənin şərq sərhədinin demarkasiyası ilə bağlı Ər-Riyad və Küveytlə danışıqlara başlamaq çağırışını təkrarlayıb. Bunlar hazırda yaxın mütəffiqə çevrilən Rusiya və İran arasında da ziddiyyət yaradır. Belə ki, Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclasından sonra Birləşmiş Ərəb Əmirliklərinin Bəsrə körfəzində olan 3 adaya iddia etməsi ilə bağlı açıqlama İranın etirazına səbəb olub. Bu bəyanata etiraz olaraq Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran XİN-ə çağırılıb. Tehran tələb edir ki, Rusiya sözügedən adaların İrana məxsus olduğunu bəyan etsin. Səfir A.Dedov İranın bu tələbini Moskvaya çatdıracağını bildirib. Qeyd edək ki, Moskvada keçirilən iclasın yekunlarına dair Rusiya-BƏƏ ortaq bəyanatında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. İran hesab edir ki, bununla bağlı müzakirələrə ehtiyac yoxdur və adalar ona məxsusdur. Lakin Əbu-Dabi bunun əksini iddia edir. Həmin adalarda zəngin neft ehtiyatlarının olması səbəbindən iki ölkə arasında mübahisə də qızışır. Əbu-Dabi bildirir ki, 1971-ci ilədək Böyük Britaniyanın işğalı altında olan bu adalar həmin ildə BƏƏ-yə qaytarılıb. Lakin İran onları işğal edib və Əbu-Dabi bundan sonra Tehranı işğalçı adlandırıb. Bundan əvvəl Çin-Körfəz Əməkdaşlığı Şurasının iclasında da BƏƏ adalarla bağlı haqlı hesab etdiyi mövqeyi ortaya qoymuşdu və bundan sonra Çinin də səfiri İran XİN-ə çağırılmışdı. Hazırda İranla qarşıdurmada ərəb dünyasına Səudiyyə Ərəbistanı liderlik edir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda şiddətli mübarizə gedir. Onilliklər ərzində davam edən düşmənçiliyi şiə-sünni ədavəti daha da ağırlaşdırır. İslamın yarandığı ərazi və monarxiya olan Səudiyyə Ərəbistanı tarixən özünü müsəlman dünyasının lideri kimi aparıb. Lakin 1979-cu ildə İranda İslam inqilabı nəticəsində yeni tip dövlət olan teokratiya  yarandıqdan sonra İran bu modeli ixrac etmək niyyətini ortaya qoydu. Son illərdə Səudiyyə və İran arasında ziddiyyətlər daha da dərinləşib. Düzdür, Çinin vasitəçiliyi ilə tərəflər diplomatik münasibətləri bərpa etsələr də, düşmənçilik aradan qalxmayıb. Suriya, Bəhreyn və Yəməndə tərəflərin ziddiyyəti davam edir. İranın tənqidçiləri deyir ki, Tehranın məqsədi Aralıq dənizindən İranadək uzanan ərazini nəzarəti altında saxlamaqdır. Səudiyyənin tərəfində Körfəz dövlətləri yer alıb - BƏƏ, Küveyt və Bəhreyn, eyni zamanda Misir və İordaniya. İran tərəfində isə Tehran və Livanın iranpərəst, hərbiləşdirilmiş Hizbullah təşkilatı tərəfindən dəstəklənən Suriya höküməti durur.

İran və Səudiyyə Ərəbistanı arasında birbaşa toqquşmalar baş vermir, lakin bütün region boyu baş verən hərbi qarşıdurmalarda hərəsi öz təsiri altında olan ortağına dəstək verir. Hələlik Tehranla Ər-Riyad arasında dava proksilər, yəni ortaqlar vasitəsilə gedir. Heç bir tərəf əslində birbaşa müharibə başlamaq üçün səy göstərmir. Tərəflər arasında birbaşa toqquşma baş verməsinin mümkün zonası Körfəz suları ola bilər, çünki oradan hər iki ölkənin dəniz sərhədi keçir. Lakin burada da münaqişənin genişlənməsi risqi böyükdür, çünki ABŞ və Qərb dövlətləri üçün Körfəz üzərindən sərbəst dəniz hərəkəti imkanı xüsusi əhəmiyyət kəsb edir və gəmiçiliklə neft daşımaları üçün həyati əhəmiyyətə malik olan bu marşrutda hər hansı əngəlin yaranması ABŞ-ı həmin münaqişəyə asanlıqla çəkə bilər. Uzun müddətdir ki, ABŞ və onun müttəfiqləri İranı Yaxın Şərqdə sabitliyi pozan amil kimi görür. Bu durmda Bəhreynin ordu komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İrana xəbərdarlıq edərək region ölkələrinə qarşı düşmənçiliyə son qoymasını tələb edib. O, İran hakimiyyətini bölgədə terror törətməkdə və sabiltiyi pozmaqda ittiham edib. Komandan körfəz ölkələrinə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olduğu üçün Tehran rejiminə etibar etmədiklərini vurğulayıb. O, İran hakimiyyətini davam edən düşmənçilik siyasətinə son qoymağa çağırıb: “Körfəz İqtisadi Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilər və biz bütün variantlara hazırıq”. Körfəz Əməkdaşlıq Şurası baş katibinin siyasi məsələlər üzrə köməkçisi, tanınmış politoloq Əbdüləziz Aluvayşeq İranın destruktiv regional siyasətindən bəhs edərkən qeyd edir ki, İraq, Suriya, Livan və Yəmənə müdaxilələr bu ölkələr üçün dağıdıcı olmaqla yanaşı, İrana da baha başa gəlib:  “Bu siyasət Tehranın nüfuzunu artırmaq əvəzinə, İranın beynəlxalq nüfuzunu aşağı salıb və ərəb dünyası ilə münasibətlərini korlayıb. Daxili auditoriya üçün daha önəmlisi odur ki, bu yanlış xarici siyasət kursu İran xalqını layiqli həyat səviyyəsinə malik olmaq üçün lazım olan resurslardan məhrum edib. Qonşuları kimi böyümək əvəzinə, iranlılar həyat standartlarının durğun olduğunu gördülər. koronavirusdan sonra Körfəz dünyanın ən sürətlə inkişaf edən regionu olub, İran isə bu tendensiyanın qarşısını alıb. 2022-ci ildə Körfəz Əməkdaşlıq Şurası ölkələri orta hesabla 6,4 faiz artım tempi ilə inkişaf edib və onların ümumi daxili məhsulu ilk dəfə olaraq 2 trilyon dolları keçib. Dünya Bankının məlumatına görə, İranda 2022-ci ildə nominal ÜDM cəmi 407 milyard dollar və ya Körfəz Əməkdaşlıq Şurasının 20 faizi həcmində olub. Adambaşına düşən gəlir isə daha acınacaqlıdır. Belə ki, 84 milyon əhalisi olan İranda adambaşına düşən ÜDM 2022-ci ildə 4,809 dollar təşkil edib ki, bu da Körfəz Əməkdaşlıq Şurası dövlətlərində adambaşına düşən orta gəlirin 15 faizindən azdır. Yaxın Şərq xalqları, o cümlədən iranlılar enerjilərini sonsuz və nihilist müharibələr əvəzinə, sülhün əldə edilməsinə və rifaha nail olmağa yönəltdikdə, sülh və inteqrasiya olmasa da, gərginliyin azaldılmasının bəhrəsini görəcəklər. İran son dörd onillik ərzində öz resurslarını tükətmiş, xalqlar arasında düşmənçilik və nifrət toxumu səpmiş bir dövlət olub”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ