Cümə günü, 18 sentyabr 2026
     

İran rejiminin Azərbaycan dilinə hücumları artır, Təbriz Tehrana müqavimət göstərir

Image


Məlum həqiqətdir ki, İranda hələ də Azərbaycan dilində bir dənə də olsun məktəb yoxdur. Azərbaycan dilinin sıxışdırılması nəticəsində İranda azərbaycanlıların danışdığı Azərbaycan türkcəsi ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Molla rejiminin qorxusu Azərbaycan dilinin güclənməsindəndir.

Azərbaycan dilinin inkişafı soydaşlarımız arasında yenidən öz kimliyinə geri dönüş deməkdir və əslində, bu proses başlayıb. Lakin bu fonda müəyyən xoşagəlməz hallar da müşahidə olunur. Belə ki, son vaxtlar farsdilli sosial mediada bir çox istifadəçinin Təbrizlə bağlı paylaşdığı xoşagəlməz və mənfi sözlər mübahisə mövzusu olub. Bəzi istifadəçilər Təbrizə getdiklərin zaman hər kəsin Azərbaycan türkcəsində danışmasından və yerli sakinlərin onlarla farsca danışmamasından şikayət edirlər. Zəncanda yaşayan mədəni fəal Ruzbeh Səadəti bildirir ki, Tehran mərkəzdəki toplumun kimliyini, dilini və hətta qayğı və arzularını İranın digər bölgələrinə də köçürmək istəyir, ancaq Təbriz buna müqavimət göstərir. Təbrizlə bağlı mənfi paylaşımlar keçən həftələrdə 35 saniyəlik bir videonun “Twitter” və “Instagram” kimi sosial şəbəkələrdə yayılmasından sonra artmağa başlayıb. Son illərin trendi olan amerikalı rejissor Ves Anderson tərzinə uyğun çəkilən qısa video sosial şəbəkələrdə “Təbrizdə bir cümə səhəri” başlığı ilə paylaşılıb. Ruzbeh Səadəti  bu xüsusda “Amerikanın Səsi”nə açıqlamasında qeyd edir: “Bu dəfə bir video ilə başladı. Anderson adında bir rejissoru təqlid edən bir video. O video Təbriz haqqında idi, ancaq elə də Təbrizi göstərmirdi... Bu videonun əsas məsələsi budur ki, orada Təbriz bir az gözəl görünür. Nə zaman ki, Azərbaycan və Təbriz, ya türklük gözəl şeylərlə, modern və şıx elementlərlə birləşdirilir, buna təpki göstərirlər. O videodan sonra bəzi etirazlar başladı, hücum etdilər. Bir kəsim başladı xatirələr yazmağa. Yazdılar ki, Təbrizdə bizimlə belə davrandılar. Bir kəsim də türkləri hədəf aldı”. Səadəti həmin videonun Təbriz haqqında mənfi görüşlərin yenidən paylaşılmasına bir bəhanə olduğunu önə çəkir: “Bu video bir bəhanə idi ki, keçən aylarda olan mənfi görüşlərin hamısı onun altına yığışdı. Öncələr də Təbrizə qarşı belə təpkilər var idi. Ümumilikdə qeyri-türk bölgələrdə Təbrizə belə bir baxış vardır. Bunun bir azı da təşkil olunur. Yəni bu baxışın bir hissəsi media və hakimiyyət tərəfindən təşkil olunur”. Ruzbeh Səadətinin fikrincə, Təbrizlə bağlı bəzi fərdi davranışlar planlı bir şəkildə ümumiləşdirilir və bütün Təbriz sakinlərinin xüsusiyyəti kimi göstərilir. Onun sözlərinə görə, elə türk şəhərlərində də Təbrizə bu baxış ola bilər: “Bu baxış obyektivlik əsasında yaranmış bir şey deyil, ümumilikdə təbliğat əsasında yaranıb. Əlbəttə, bəzi davranışlar və rəftarlar Təbrizdə var ki, ayrı yerlərdə də var. Amma bu məsələ heç zaman İranın başqa yerlərində ümumiləşdirilmir. İranın heç yerində bir şəxsi rəftar və bir şəxsi təcrübəni şəhərin tamamına ümumiləşdirmirlər. Bunu sadəcə Təbriz üçün və ümumilikdə Azərbaycan üçün edirlər. Təbrizi də bütün türklərlə ümumiləşdirirlər. Məsələn, biri Yəzd şəhərinə gedib pis bir təcrübə yaşasa, bunu heç zaman bütün yəzdlilərə bağlamır. Bu ümumiləşdirmə məsələsi sadəcə Təbrizə qarşı var”.

Bəzi sosial media istifadəçiləri Təbrizdə insanların onlarla farsca danışmadığını, hətta yerli sakinlərdən ünvan soruşduqlarında əhalinin onlara ancaq Azərbaycan türkcəsində cavab verdiyini irəli sürürlər. Səadəti Təbriz sakinlərinin türkcə danışmaqda israrlı olduqlarını, ancaq bu xüsusda bəzi iddiaların şişirtmə olduğunu deyir: “Təbrizdə türkcə danışmaqda israr var, amma bu həddə ümumiləşdirmək olmaz. Mən yazılanlara inanmıram. Çünki bu son illərdə o qədər tətbiq gəlib ki, insanlar ümumiyyətlə heç ünvan soruşmur. Soruşsalar da, Təbrizdə mütləq biri tapılacaq ki, farsca cavab versin. Amma doğrudur, bu rəftar Təbrizdə var. Başqa yerlərdə də var. Məsələ budur ki, heç kəs bunu araşdırmayıb ki, məsələn Muğanda hamı farsca ünvan verir, ancaq Təbrizdə heç kəs vermir... Bu iddiaların əsas hədəfi Təbrizdir. Çünki Təbriz türklər üçün bir qaladır. Yəni Təbriz bizim kimliyimizin, türklüyün əsas səngəridir. Onların zehnində təsvir edilən Təbriz budur. Yəni Təbriz transformasiya olunmur onların nəzərində”. Ruzbeh Səadətinin sözlərinə görə, Tehran mərkəzin kimliyini, dilini və hətta qayğı və arzularını digər bölgələrə də köçürmək istəyir, ancaq Təbriz buna müqavimət göstərir: “Tehran, yəni mərkəz hər zaman özünü kənarda yenidən inşa etmək istəyir. Kənar deyəndə, yəni İranın bütün qeyri-fars bölgələrində. Bu yenidən inşa məsələsi bütün sahələrdə var. Yəni mərkəz həm dilini, həm mədəniyyətini və hətta qayğılarını kənarda inşa etmək istəyir. Mərkəz deyəndə, həm dövləti nəzərdə tuturam, həm toplumu. Yəni mərkəzdə bir kəsim var ki, keçmişlərindən tutun gələcəyə qədər və hətta gələcəyə olan baxışlarını və arzularını və qayğılarını kənarda da görmək istəyirlər. Yəni, mərkəz gözləyir ki, məsələn Zahidanda yaşayan birinin qayğıları elə Tehrandakı orta sinifin qayğıları olsun. Amma, məsələ budur ki, bunu Təbrizdə edə bilmirlər. Ən azından istədikləri kimi edə bilmirlər”. Ruzbeh Səadəti əlavə edir ki, Təbrizdə həmişə mərkəzə qarşı bir müqavimət olub: “Təbriz hər zaman siyasi mənada mərkəzin qarşısında bir ağırlıq sayılıb. Onlar Təbrizi özlərində əridə bilmirlər. Təbrizə olan təpkiləri ona görədir. Təbriz simvolik olaraq onların nəzərində fəth olunmur və buna görə də, Təbrizdə Tehranla, mərkəzlə fərqli gördükləri hər şeyə təpki göstərirlər”.

Xatırladaq ki, İran hakimiyyəti həm şah dövründə, həm də İslam respublikası dövründə azərbaycanlıların öz ana dilində təhsil almasına müxtəlif formalarda qarşı olub. Halbuki, bir millətin milyonlarla nümayəndəsinin yaşadığı ölkədə həmin millətin dili rəsmi dil olaraq tanınmalıdır. İranda fars dilinin tam şəkildə tətbiq olunmasına baxmayaraq, azərbaycanlılar evlərdə də olsa, öz dillərini qorumağa çalışırlar. Hətta Təbriz şəhərində insanların fars dilində danışması müsbət qarşılanmır. Texnologiyanın inkişaf etməsi ilə son dövrlərdə İranda azərbaycanlılar texnoloji imkanlardan faydalanaraq öz dillərini inkişaf etdirirlər. Bu da İran rejimini getdikcə daha çox narahat edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ