Bazar günü günü, 08 noyabr 2026
     

Cənubi Azərbaycanla bağlı məkrli planlar ara vermir...

Image


Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları hələ də davam edir. Bu aksiyalarda səsləndirilən şüarlar daha da kəskinləşir. Bu fonda İran rejiminin Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı repressiya siyasəti də yeni vüsət almağa başlayıb.

Daha bir təhlükəli məqam ondan ibarətdir ki, molla rejimi Cənubi Azərbaycanda soydaşlarımızın parçalnmasına indi xüsusi diqqət edir və bunu inzibati yollarla həyata keçirmək istəyir. Məsələn, məlumdur ki, İran rejimi Təbrizi kiçiltməyi planlaşdırır, ölkənin Daxili İşlər Nazirliyində bu xüsusda  müvafiq planlar  cızılıb. Belə ki, Təbrizə bağlı bölgələrə şəhər statusu verərək onu kiçiltmək istəyirlər. Bəzi digər Azərbaycan şəhərləri barədə də belə planlar var. Artıq Güney Azərbaycanda bəzi ictimai fəallar və yerli siyasətçilər bölgənin inzibati ərazi quruluşunda dəyişikliklərin həyata keçirilməsindən narahat olduqlarını ifadə edirlər. Qərbi Azərbaycan vilayətində yaşayan fəal və araşdırmaçı Musa Aşüftə bildirir ki, İrandakı hökümətlər son yüzildə türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etmələrini əngəlləmək üçün Azərbaycanı fərqli vilayətlərə parçalayıblar: “Son iki ildə Qərbi Azərbaycanın güney bölümündə bir neçə bölgədə əcaib, ağla-məntiqə sığmayan və İran dövlətinin öz qayda və ənənələrinə də uyğun olmayan bir şəkildə yeni şəhristanlar yaranır. Rəsmi və qeyri-rəsmi məlumatlara baxanda bu dəyişikliklərin böyük bir planın parçası olduğunu və burada yeni bir ostan (vilayət) yaradılıb onun Azərbaycanın tərkibindən çıxarılmasının planlaşdırıldığını görürük”. Həm Pəhləvilər, həm də İslam Respublikası dönəmində Güney Azərbaycanın bir çox şəhəri, o cümlədən Qəzvin, Həmədan, Zəncan və Ərdəbilə ətraf bölgələri ilə birlikdə ostan/vilayət statusu verilib. Vilayət olduqdan sonra Azərbaycan adı bunların üzərindən götürülüb: “Biz İranda Azərbaycandan söhbət edəndə, iki Azərbaycandan danışa bilərik: biri tarixi Azərbaycan, yəni 100 il öncəyə doğru, biri də günümüzdəki hüquqi və rəsmi Azərbaycan. Son yüzilin siyasətləri və planlı inzibati bölgü dəyişiklikləri nəticəsində böyük və tarixi Azərbaycanda indi sadəcə iki ostan Azərbaycan adını daşıyır: Qərbi və Şərqi Azərbaycan. Son bir neçə onillikdə bu planın Qərbi Azərbaycanda da həyata keçirilmək istənildiyini görə bilirik”. Musa Aşüftə “Amerikanın səsi”nə bildirib ki, İran dövlət anlayışında türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etməsi əngəlləmək istənilir. Onun sözlərinə görə, son yüzildə modern İran millət-dövləti qurulduqdan bəri İran dövləti türklərin özlərini müştərək bir siyasi, coğrafi və idari kimlik içərisində təqdim etmələrini istəmir: “Azərbaycan coğrafiyasında və hətta Azərbaycan coğrafiyasından daha böyük bir coğrafiyada yaşayan türkləri fərqli metodlar ilə bölməyə çalışırlar. Bu şəkildə Azərbaycandan 6-7 ostan və bir çox şəhər ayrılıb. Bunların bir qismi qonşuluqda fərqli kimliklərdə olan vilayətlərə verilib”.

Aşüftə keçmiş illərdə də Qərbi Azərbaycan vilayətində yeni bir vilayətin yaradılmasına dair layihələrin gündəmə gəldiyini, lakin təpkilər nəticəsində gündəmdən çıxarıldığını ifadə edib: “İllərdir ki, dövlətin özəlliklə Qərbi Azərbaycan vilayətində bu niyyətini görürük. Dövlət Qərbi Azərbaycanın bir parçasını ayırıb ayrı bir ostan etmək və onu türk kimliyi çərçivəsindən, Azərbaycan çərçivəsindən çıxarmaq istəyir. Türk ictimaiyyətinin Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zəncanda, hər yerdə buna ciddi təpkisi və etirazı var. Bunlar hər zaman bu planı həyata keçirmək isəyiblər. İnsanlar da buna qarşı çıxıb. Bəzən millət vəkilləri belə səssizliklərini pozmağa məcbur olub. Nəticədə dövlət bu plandan bir qədər geri oturub, fəqət bir başqa mərhələdə fərqli-fərqli əsaslandırmalarla yenidən bu plana yanaşıblar”. Bunlara paralel olaraq, rejim sosial-iqtisadi sahədə də soydaşlarımız üçün ciddi problemlər yaratmaqda davam edir. Elə bu fonda Güney Azərbaycan daxil olmaqla İranın bir çox bölgəsində işçilər və təqaüdçülər piket və aksiya təşkil ediblər. Bəzi şəhərlərdə isə əlil vətəndaşlar öz tələblərini səsləndirmək üçün etiraz mitinqi keçirib. Belə ki, əlil vətəndaşlar Ərdəbil, Tehran, Qum və Ərak kimi şəhərlərdə aksiya təşkil edərək tələblərinin yerinə yetirilməməsinə etiraz bildiriblər. Mitinqlərdə əlilliyi olan vətəndaşlara dəstək qanununun 27-ci maddəsinin icra edilməməsinə etiraz edilib. 27-ci maddəyə əsasən, dövlət ağır əlilliyi olan və heç bir işi və ya gəliri olmayan vətəndaşlar üçün yaşayış müavinəti müəyyən etməli və bunu illik büdcə qanunlarına daxil etməlidir. Yaşayış müavinəti minimum əməkhaqqına bərabər olmalıdır. Ancaq təqribən 6 il əvvəl qəbul edilmiş əlilliyi olan vətəndaşlara dəstək qanununun lazımi icra zəmanəti yoxdur. Hökümət builki büdcə tənzimləmələrində bu qanuna məxsus büdcə vəsaitini ləğv edib. Təbrizdə isə “Mis Sənaye Şirkəti”nin təqaüdçüləri etiraz mitinqi təşkil ediblər. Ərdəbil şəhərində bir qrup memar və mühəndis vilayətin Şəhərsalma İdarəsinin qarşısında aksiya keçirib. İran telekommunikasiya şirkətinin təqaüdçüləri Təbriz, Zəncan, Tehran və Ərak daxil olmaqla, ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçirməyə davam ediblər. Bundan başqa, İranda fəhlələr ağır iş şəraitlərinə etiraz olaraq aksiya keçiriblər. Bildirilir ki, Şuş Danyal şəhərində “Miyan Ab” şəkər qamışı şirkətinin işçiləri nümayiş keçiriblər. Onlar şirkətin özəlləşdirilməsinə etiraz edir və müəssisənin xalqa açılmasını tələb ediblər. Etirazçılar, həmçinin iş yerlərində əmək və həyat təhlükəsizliyinin olmadığını vurğulayıblar. Narazı işçilərin sözlərinə görə, ölkədə yoxsulluq həddi 18 milyon tümən (730 manat) elan edildiyi halda, 6 milyon tümən (243 manat) aylıq maaşla işləməyə məcbur qalıblar. Bütün bunlar onu deməyə əsas verir ki, molla rejimi hər hansı islahat apararaq ölkədə azad, demokratik mühit yaratmaq fikrində deyil. Rəsmi Tehranın bu siyasəti xalqın müqaviməti ilə qarşılaşır və vəziyyət getdikcə daha da gərginləşir. Hələlik isə xalq İranın böyük şəhərlərində etirazları, hakimiyyət isə edamları və təzyiqləri davam etdirir. Bu da ölkədə vəziyyəti gündən-günə daha da gərginləşdirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ