Bazar günü günü, 08 noyabr 2026
     

Müharibə Ukrayna əhalisini 45 milyondan 29 milyona saldı…

Image


Rusiyanın işğalı nəticəsində Ukraynanın əhalisi kəskin şəkildə azaldıqdan sonra Özbəkistan keçmiş SSRİ ölkələri arasında əhalisinin sayına görə ikinci yerə yüksəlib. Bu məlumatı “BNE Intellinews” dərc edib.

Həmin məlumata görə, 2000-ci illərin əvvəllərində 45 milyon olan Ukrayna əhalisinin sayı hazırda 29 milyona düşüb. Müharibədən əvvəl Ukrayna postsovet məkanında Rusiyadan (146 milyon nəfər) sonra əhalisinin sayına görə ikinci ölkə idi. Bu ilin iyununa olan məlumata görə, Özbəkistan əhalisinin sayı isə 36 milyon nəfəri ötüb. Məqalədə Özbəkistanın postsovet məkanında ən gənc və dinamik inkişaf edən ölkə olduğu vurğulanır. Bildirilir ki, 2022-ci ilin yanvarında əhalinin orta yaşı 29.1, bir qadına düşən orta doğum sayı isə 2.33 nəfər təşkil edib. Bu da 2021-2022-ci illərdə əhalinin 1.6 faiz artımına səbəb göstərilir. BMT-nin hesablamalarına görə, 8 milyon ukraynalı müharibə səbəbindən öz vətənlərini tərk etmək məcburiyyətində qalıb. Həmin bu qaçqınlar öz vətənlərinə qayıtsalar, Ukrayna postsovet məkanında yenidən əhalisinin sayına görə ikinci ölkəyə çevrilə bilər. Amma yaxın perspektivdə bu mümkün hesab edilmir. Əksinə, şiddətlənən savaş səbəbindən ukrayna əhalisinin bir qədər də azalması istisna edilmir. Bu arada qeyd edək ki, Ukrayna ordusunun əks-hücuma keçməsi ilə vəziyyət daha da gərginləşib. Son məlumatlara əsasən, Ukrayna hərbçiləri Zaporojye və Donetsk vilayətlərinin inzibati sərhədində yerləşən “Vremivsk çıxıntısı” rayonunda daha iki yaşayış məntəqəsini Rusiya işğalından azad etdiklərini bildirirlər. Orada Velikaya Novosyolovka qəsəbəsindən cənubda Ukrayna ordusunun cənub və cənub-şərq istiqamətlərində hücumları davam edir. İyunun 12-də üç kəndin Rusiya işğalından azad olunması barədə rəsmi məlumat verilib.  Bu, iyunun ilk günlərindən Ukrayna ordusunun hücumları başlanandan azad olunmuş ərazilər barədə verilən ilk rəsmi xəbərdir. İyunun 12-də səhər Ukrayna hərbçiləri Donetsk vilayətindəki Storojevoye kəndini nəzarətə götürdüklərini bildiriblər. Ukraynalılar Zaporojye vilayətində hələ iyunun 4-də azad etdikləri Novodarovka kəndində möhkəmləndirklərini bildirirlər. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirir ki, ukraynalı müdafiəçilər 90 kvadrat kilometr ərazini və 7 yaşayış məntəqəsini azad ediblər. Onun sözlərinə görə, son bir həftə ərzində Donetsk və Tavriya bölgələrində keçirilən hücum əməliyyatları zamanı qoşunlarının irəliləməsi 6,5 kilometr təşkil edib. Ukrayna, eləcə də Rusiya “Teleqram” kanallarında verilən bir sıra məlumatlara görə Ukrayna ordusunun hücumu davam edir. Bəzi təsdiq edilməmiş xəbərlərə görə Ukrayna ordusu Stramlınovka istiqamətində də irəliləyir. Bu cəbhə xəttindən 10 kilometr cənubda yerləşən kifayət qədər böyük yaşayış məntəqəsidir. Amma Rusiyanın hərbi blogerləri yazırlar ki, Rusiyanın əsas müdafiə xətti – Surovikin xətti hələ yarılmayıb.  

Belə bir vaxtda bəlli olub ki, Qərb ölkələri Ukraynanın əks-hücum əməliyyatına dəstəyi genişləndirmək və ölkəyə uzunmüddətli yardım göstərmək istəyir. ABŞ dövlət katibi Entoni Blinkenbu xüsusda deyib: “Biz iki şeyi etməkdə qərarlıyıq. Hazırda Ukraynaya dəstəyimizi maksimum dərəcədə artırmağa davam edəcəyik ki, o, döyüş meydanında uğur qazansın. Ukraynanın əks-hücumunun dəqiq hara yönəldiyini söyləmək hələ tezdir.ABŞ əmindir ki, Kiyev Rusiya tərəfindən zəbt edilmiş torpaqları geri almaqda uğur qazanmağa davam edəcək”. Britaniyalı ekspert Maykl Klark isə qeyd edir ki, Ukrayna ordusunun əsas problemlərindən biri müasir aviasiyanın olmaması və Rusiya artilleriyasının üstünlüyüdür: “Hazırda döyüş meydanında rus artilleriyası üstünlük təşkil edir. Ukrayna ordusu aviasiya çatışmazlığı hiss edir, çünki Qərb ölkələrinin vəd etdiyi qırıcılar hələ də Kiyevə gəlməyib. Digər problem Ukrayna Silahlı Qüvvələrində cəbhə xəttində yerüstü bölmələri əhatə edə bilən hava hücumundan müdafiə sistemlərinin olmamasıdır”. Rusiya rəsmiləri bildiriblər ki, son günlər əsas Zaporojye bölgəsində toqquşmalar artıb. Ukrayna qüvvələrinin Rusiyanı Krımla birləşdirən işğal olunmuş əraziləri yarmaq və Rusiya qüvvələrini iki yerə bölmək üçün cənuba doğru irəliləməyə çalışdığı güman edilir. Britaniya Müdafiə Nazirliyi isə vəziyyətin çox mürəkkəb olduğunu bildirir: “Cəbhənin bir neçə hissəsində ağır döyüşlər davam edir. Əksər hissələrdə təşəbbüs Ukrayna tərəfində qalır”. Amma Ukrayna qoşunları Azov dənizinin sahillərinə çatsalar, qərbdə qalan rus bölmələri sırf Krımdan keçən tədarük xətlərindən asılı vəziyyətdə qalacaq. Bundan sonra Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü dağıtmaq və yük daşımaq üçün istifadə olunan gəmi və təyyarələrə hücum etmək qalır. Hərbi ekspert Sergey Kuzan bu xüsusda qeyd edir: “Ancaq bunun tezliklə baş verəcəyini gözləməyin. Bu, aylarca davam edə bilər”. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün yaxşı hazırlaşıb, lakin müharibə hələ uzun müddət davam edəcək. O, Ukraynada hərbi əməliyyatların intensivliyinin artdığını qeyd edib. Mark Milli inanır ki, döyüş asan olmayacaq və müəyyən vaxt aparacaq: "Normandiya döyüşü və ya hər hansı digər böyük döyüş kimi, müharibə də bir qiymətdir. Çox aktivlik görəcəyiniz günlər də olacaq, çox az aktivliyin olacağı günlər də. Hücumedici və müdafiə hərəkətlərii. Ona görə də bu, uzun müddət ikitərəfli mübarizə olacaq”. O hesab edir ki, Ukrayna silahlı qüvvələri Rusiyanın genişmiqyaslı işğalından sonra ölkəni yaxşı müdafiə edib. Sonradan müttəfiqlər tərəfindən verilən təlim və silahlar Ukrayna ordusunu əks-hücumlara yaxşı hazırlayıb: “Bunun üçün çox hazırlıq görülüb, çoxlu təchizat, silah-sursat digər ölkələr, o cümlədən ABŞ tərəfindən təmin edilib. Düşünürəm ki, onlar, növündən asılı olmayaraq, öz uyğun gördükləri işə hazırdırlar”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ