Bazar günü günü, 08 noyabr 2026
     

NATO - Rusiya müharibəsi Ukraynanın taleyinə düşdü - başlayır…

Image


Artıq bəllidir ki, bu gün Ukraynada Rusiya və Qərb arasında savaş gedir. Bu savaşda tərəflərdən heç biri geri çəkilmək niyyətində olmadığından, müharibənin daha qanlı xarakter alması proqnozlaşdırılır.

Hazırda Qərb üçün maraq doğuran əsas məsələ Ukraynanın barəsində müəyyən müddətdir anons edilən əks hücumu ilə bağlıdır. Bu fonda Ukraynanın cəbhə xəttinin Zaporojye bölgəsi və Donetsk vilayətinin bir neçə istiqamətində kəskin döyüşlər gedir və bu, Ukraynanın çoxdan gözlənilən hücumunun başlaya biləcəyinə işarədir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə verdiyi müsahibə zamanı Ukraynanın Rusiyaya qarşı çoxdan gözlənilən əks-hücuma hazır olduğunu desə də, hücumun artıq başlayıb-başlamaması, və ya nə vaxt başlayacağı ilə bağlı sualı cavabsız qoyub. Kuleba Ukraynanın Rusiyaya qarşı planlaşdırdığı hücumun müharibənin gedişatını dəyişdirəcəyinə və Ukraynaya öz ərazilərini Rusiyadan geri almağa imkan verəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, belə bir qələbə Ukraynanın NATO-ya daxil olmasına səbəb olacaq. İndilikdə Ukrayna qüvvələri Zaporojye və Donetsk vilayətləri sərhədində Rusiyaya qarşı hücum əməliyyatlarını artırıb. Lakin Kiyev əks-hücumun başladığı və Rusiya ordusunun Donetsk bölgəsində Ukraynanın genişmiqyaslı hücumunun qarşısını aldığı barədə xəbərləri təkzib edib. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov isə qeyd edir ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu heç bir vasitə ilə gecikdirə bilməyəcək: “Hücuma gəlincə, bu bizim planımız üzrə olacaq. Ali Baş Komandanın qərargahında müəyyənləşəndə həyata keçiriləcək. Kaxovka bəndinin partladılması bizim hücuma mane olmayacaq”. Xatırladaq ki, iyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb. Kiyev Kaxovka su elektrik stansiyasındakı bəndin rusiyalı hərbçilər tərəfindən partladıldığını bildirib. Rusiya Kaxovka su elektrik stansiyasının partladılmasında Ukrayna tərəfini təqsirləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində su elektrik stansiyasının Ukrayna tərəfindən partladıldığını deyib: “Birmənalı şəkildə deyə bilərik ki, bu, Ukrayna tərəfinin təxribatıdır. Bu təxribat regionun on minlərlə sakini, ekologiya üçün, eləcə də hələ məlum olmayan digər ağır nəticələrə gətirib çıxara bilər”. Bu fonda müharibənin sonrakı gedişinin necə olacağı xüsusi maraq doğurur.

Kiyev bəyan edir ki, bəndin dağıdılması əks-hücum əməliyyatına mane olmayacaq. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də məsələyə eyni prizmadan yanaşır: “Ukrayna ərazisində son vaxtlar döyüşlər daha da şiddətlənib. Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün yaxşı hazırlaşıb, lakin müharibə hələ uzun müddət davam edəcək”. Mark Milli Ukraynada hərbi əməliyyatların intensivliyinin artdığını qeyd edib. O inanır ki, döyüş asan olmayacaq və müəyyən vaxt aparacaq: “Normandiya döyüşü və ya hər hansı digər böyük döyüş kimi, müharibə də bir qiymətdir. Çox aktivlik görəcəyiniz günlər də olacaq, çox az aktivliyin olacağı günlər də. Hücumedici və müdafiə hərəkətləri. Ona görə də bu, uzun müddət ikitərəfli mübarizə olacaq”. O hesab edir ki, Ukrayna silahlı qüvvələri Rusiyanın genişmiqyaslı işğalından sonra ölkəni yaxşı müdafiə edib. Sonradan müttəfiqlər tərəfindən verilən təlim və silahlar Ukrayna ordusunu əks-hücumlara yaxşı hazırlayıb: “Bunun üçün çox hazırlıq görülüb, çoxlu təchizat, silah-sursat digər ölkələr, o cümlədən ABŞ tərəfindən təmin edilib. Düşünürəm ki, onlar, növündən asılı olmayaraq, öz uyğun gördükləri işə hazırdırlar”. Bu fonda Rusiya Müdafiə Nazirliyi Ukraynanın məqsədinin cəbhə xəttində ən zəif hesab etdiyi Donetskdə ərazini yarmaq olduğunu, lakin bunun uğurla nəticələnmədiyini bildirib. Rusiyanın dediyinə görə, Ukrayna hücumu zamanı altı mexanikləşdirilmiş batalyon və iki tank batalyonundan istifadə edib. Ukrayna bu iddiaları dezinformasiya adlandıraraq rədd edib. Qərbdə isə fikirlər səslənir ki, Ukrayna əks-hücumu effektiv olmasa, məsələyə NATO müdaxilə edə bilər. NATO-nun keçmiş Baş katibi Anders Rasmussen bu xüsusda bildirir: “Alyansın Vilnüsdə keçiriləcək yay sammitində Kiyevə real təhlükəsizlik zəmanəti verilməsə, bəzi NATO ölkələri Ukraynaya qoşun yeritmək istəyə bilər”. O, sammit öncəsi ölkələrin münasibətini öyrənmək üçün Avropa və ABŞ-a işgüzar səfər etdiyini bildirib. Onun fikrincə, əgər NATO Ukraynaya təşkilata daxil olmaq üçün aydın imkan yarada bilməsə, o zaman bəzi ölkələr ayrı-ayrılıqda hərəkətə keçə bilər: “Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməklə fəal məşğuldur. Və mən Polşanın bu kontekstdə milli əsasda daha da güclü hərəkət edəcəyini istisna etməzdim”.Rasmussen əlavə edib ki, Ukraynanın hərbi yardımla bağlı müraciəti tamamilə qanunidir. O, həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri yazılı şəkildə və daha yaxşı olar ki, sammitdən əvvəl verilsin: “Təhlükəsizlik təminatları kəşfiyyat məlumatlarının mübadiləsini, Ukrayna ilə birgə təlimləri, silah-sursat istehsalının artırılmasını, NATO-ya uyğunluğu və Rusiyanın gələcək hücumlarından çəkindirmək üçün kifayət qədər silah təchizatını əhatə etməlidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ