Bazar günü günü, 08 noyabr 2026
     

Dünya fəlakətli ABŞ-Çin müharibəsinə doğru gedir...

Image


ABŞ və Rusiya arasında dərinləşən ziddiyyət fonunda son günlərdə Vaşinqton-Pekin münasibətlərində ziddiyyətlərin dərinləşməsi müşahidə edilir. Hətta tərəflərin bir-birini hərbi güclə hədələməsi halları da əhəmiyyətli dərəcədə artıb. Belə bir vaxtda yayılan məlumata görə, Çin və ABŞ donanmasının hərbi gəmiləri Tayvan boğazında üz-üzə gəlib.

Qeyd edilir ki, Çin hərbi gəmisi yüksək sürət əldə edərək “USS Chung-Hoon” hərbi gəmisinə 150 ​​metrdən az məsafədə yaxınlaşıb. Nəticədə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi kursunu dəyişmək və sürəti azaltmaq məcburiyyətində qalıb. Artan gərginliyə rəğmən, Çin bəyan edir ki, Birləşmiş Ştatlarla dialoqun tərəfdarıdır. Lakin Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda təhlükəsizliyə həsr olunmuş konfransda Vaşinqtonla açıq qarşıdurma ehtimalını bütün dünya üçün dözülməz fəlakət adlandırıb. Şanqfuya görə, sistemlər arasında fərqlərə baxmayaraq, ABŞ və Çin ortaq maraqlar və əməkdaşlıq üçün əsaslar axtarmalıdırlar. Buna baxmayaraq, o, ABŞ və onun müttəfiqlərini Sakit okean bölgəsində sabitliyi pozmaq cəhdində ittiham edib. Nazir dediklərinə misal olaraq bu günlərdə Çin hərbi gəmisinin Tayvan boğazında Kanada ilə birgə təlimlərdə iştirak edən Amerika gəmisi ilə az qala toqquşacağını xatırladıb. O,  Çinətrafı sularda ABŞ-la Kanadanın təlimlər keçirməsini təxribat adlandırıb və bəyan edib ki, əgər Vaşinqton vəziyyətin gərginləşməsini istəmirsə, onda hərbi gəmilər Çinin maraq zonası olan sulardan çıxarılmalıdır. Bu, mart ayından bəri nazir postunda olan Li Şanqfunun ən geniş çıxışı sayılır. Bir neçə gün əvvəl o, amerikalı həmkarı Lloyd Ostinlə birbaşa danışıqlar üçün görüşdən imtina edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, Çin Tayvan iddialarından əl çəkməlidir. O qeyd edib ki, əgər Çin Tayvana qarşı hərbi əməliyyatlara başlasa, bu dünya iqtisadiyyatı üçün fəlakət ola bilər. Nazir əlavə edib ki, onun ölkəsi Tayvanın müstəqilliyini dəstəkləyir. Qaldı dialoqa, Ostin bunun hər zaman mümkün olduğunu vurğulayıb: “Məsuliyyətli liderlər üçün, dialoq üçün ən uyğun vaxt hər andır. O an indidir. Dialoq əylənmək deyil, zərurətdir”. Xatırladaq ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi sayır. Mart ayında nazir postuna təyin edilən Şanqfu isə Rusiyadan “Su-35” qırıcı təyyarələri və raket sistemləri almada iştirak etdiyi üçün 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır.

Bu vəziyyətdə ABŞ rəsmilərinin vaxtaşırı Tayvana səfərləri Çini hiddətləndirir. ABŞ-ın Tayvana artan hərbi yardımları, güclənin ticari-iqtisadi əlaqələr Çinin etirazlarını artırır. Çin Tayvan məısələsini hərbi yolla həll edəcəyini istisna etmir. Lakin ABŞ prezidenti Co Bayden ABŞ ordusunun Tayvanı Çinin mümkün hücumundan qoruyacağını bildirib. Amma Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti nəzərəçarpacaq dərəcədə aqressivləşib. Çin Cənubi Çin dənizində hərbi bazalar inşa edib. Çinin hərbi güclənməsi ölkənin indi Amerikadan daha çox döyüş gəmisinə sahib olması deməkdir. Tayvanla mümkün “birləşməni” gözləməyə hazır görünən sələflərindən fərqli olaraq, Si Cinpin bu məsələni “nəsildən-nəslə ötürülə bilməyən” tarixi missiya adlandırıb.  ABŞ-da da münasibət dəyişib. Vaşinqtonda siyasi qüvvələrinin hamsının arasında razılaşmanın mövcud olduğu yeganə məsələ Çinin qarşıdurma üçün getdikcə daha təhlükəli rəqibə çevrilməsidir. Donald Tramp dövründə Çin mallarına tətbiq edilən tariflər Bayden administrasiyası tərəfindən qorunub saxlanılıb. Həm Tramp, həm də Bayden administrasiyası Tayvanla əlaqələrini genişləndirib. Bayden ABŞ-ın rəsmi “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşaraq Çinin işğalı halında Tayvanı müdafiə etmək üçün ABŞ-ın mübarizə aparacağını üç dəfə bildirib.  Lakin ABŞ-ın müdafiə naziri Lloyd Austin Tayvan üzərində silahlı münaqişənin fəlakətli olacağını söyləyərək, Çini adaya münasibətdə status-kvonu saxlamağa çağırıb. Sinqapurda Şanqri-La Dialoq müdafiə konfransında çıxış edən Ostin Vaşinqtonun azad və açıq Hind-Sakit Okean baxışına ölkəsinin sadiq qaldığını açıqlayıb. O, prezident Co Baydenin Pekinlə münaqişədən qaçmağa üstünlük verdiyini iddia edib, lakin status-kvonu dəyişdirmək üçün istənilən səylərə qəti şəkildə qarşı çıxacağını söyləyib: “Səhv etməyin: Tayvan boğazında münaqişə dağıdıcı olardı. Buna görə də biz sülh və sabitliyi qoruyub saxlamaqda qərarlıyıq”. Ostin ABŞ-ın yeni Soyuq Müharibə axtarmadığını bildirib. Ostin daha sonra bəyan edib ki, Vaşinqton Şərqi Çin dənizindən Cənubi Çin dənizinə, Hind okeanına, o cümlədən Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya və digərləri də daxil olmaqla, uzun bir regional tərəfdaşlar siyahısı ilə koordinasiya və birgə hərbi təlimləri gücləndirəcək. Ekspertlər isə qeyd edir ki, Çinin güc tətbiq etməsi təkcə Tayvan üçün deyil, Çinin özü üçün də faciə ola bilər. Bu, hər tərəfdən kütləvi insan tələfatına, tayvanlılarla Çin əhalisi arasında daimi uçurumlara və Çinin onilliklər boyu inkişafını təhlükə altına alan qlobal iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq. Elə Qərbi də yaxşı heç nə gözləmir. Xüsusən də Rusiya ilə ziddiyyətə Qərb Ukrayna üzərindən böyük resurslar sərf edir. Bu şəraitdə Çinlə qarşıdurmaya sürüklənmək həm Qərb, həm də dünya üçün böyük fəalkət deməkdir. Çin Tayvanın özünün ayrılmaz tərkib hissəsi olduğunu bildirir. Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Tze Dunun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının  yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan Çin Xalq Respublikası Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ