Bazar günü günü, 08 noyabr 2026
     

Ukrayna müharibəsinin görünməmiş dəhşətli mərhələsi başlanır

Image


Rusiya və Ukrayna arasında gedən savaşda çoxsaylı itki və dağıntəlara rəğmən, belə görünür ki, savaşın qanlı mərhələsi hələ qabaqdadır. Hər halda, Qərb dünyası hazırlıqlarını məhz bu istiqamətdə görür.

Belə bir vaxtda NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Şimal Alyansı  ölkələri Ukraynaya 65 milyard avroluq silah göndərib və onlar hazırda çoxillik hərbi tədarüklər proqramını hazırlayır: “Müttəfiqlər Kiyevə 65 milyard avroluq silah göndərib və mən müasir tankların və zirehli transportyorların Ukraynaya tədarükünü alqışlayıram. Biz, Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və sovet silahlarının qərb silahları ilə əvəzlənməsi istiqamətində dəstəyimizi artırmaq yollarını müzakirə edirik”.

Baş katibin sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi uzun vədəli perspektivə hesablanıb. O güman edir ki, davamlı dəstək döyüş meydanında vəziyyətin dəyişməsi, həmçinin Ukraynanın müdafiə olunması və ərazilərini azad etməsi ilə nəticələnəcək. bunlar fonunda Birləşmiş Ştatlar Rusiya qüvvələrinə qarşı müharibədə Ukraynanın müdafiəsi üçün Kiyevə yeni - 2.6 milyard dollarlıq hərbi yardım paketinin detalları barədə məlumatı açıqlayıb. Paketə Pentaqonun cəbbəxanasından verilən müxtəlif növ sursatlar daxildir. Bunların döyüş meydanına çevik şəkildə çatdırılması nəzərdə tutulub. Qeyd olunur ki, yardımın 500 milyon dolları ABŞ-ın anbarlarından veriləcək, yerdə qalan 2.1 milyard dollarlıq silah isə Ukrayna Təhlükəsizlik Dəstəyi Təşəbbüsü adlı xüsusi fonddan maliyyələşdiriləcək. Bu fonddan pullar birbaşa ABŞ müdafiə sənayesinə köçürülür. ABŞ Müdafiə Nazirliyinin anbarlarından bu sayca 35-ci paket Bayden administrasiyası tərəfindən hələ 2021-ci ilin avqustunda təsdiq olunub. Söhbət yüksək mobilliyə malik HIMARS zenit-raket sistemlərindən və “Patriot” hava hücumundan müdafiə raket sistemlərindən gedir. Bu paketə artilleriya mərmiləri, antizireh sistemləri, kiçik çaplı silahlar, ağır nəqliyyat maşınları və təmir-xidmət dəstəyi sistemləri daxildir. Bu da qeyd olunur ki, sözü gedən 2.1 milyon dollardan həm də Ukrayna üçün NASAMS yer-göy raket sistemləri, hava müşahidəsi radarları və dronları vurmaq üçün avtotoplar alınacaq. Pentaqonun bəyanatında deyilir ki, Birləşmiş Ştatlar Ukraynanı onun döyüş meydanında təcili ehtiyacı olan silahlarla təchizatını və ona uzunmüddətli təhlükəsizlik dəstəyini davam etdirəcək. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə NATO-nun baş qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən əvvəl Vaşinqtonun son hərbi yardım paketi üçün təşəkkürünü bildirib: “Biz Birləşmiş Ştatlara bizim üçün etdiklərinə, xüsusilə də ordumuzun əks-hücuma hazırlaşması üçün bizə verdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk. Bayden administrasiyası ehtiyacımız olan çox şeylərlə bizi təchiz etmək öhdəliyinə sadiq qalıb və başqa müttəfiqlərə nümunə olub”. Kiyevə yeni silahlar və yeni dəstək fondları Ukrayna ordusunun əks-hücuma hazırlaşdığı bir vaxtda elan olunub. Hücumun əsas istiqamətlərindən birinin də Krım olması gözlənilir. Bunlar fonunda “Washington Post” qəzeti Rusiyanın Krımda müdafiə strukturları qurmaq üzrə fəal səyləri ilə bağlı araşdırma dərc edib. Nəşr “Maxar”ın təqdim etdiyi peyk fotolarına əsaslanaraq göstərir ki, cəmi bir neçə həftə ərzində Rusiya rəhbərliyi Krımda səngərlər və maneələr şəbəkəsi qurmağa nail olub.

Məqalədə Krım müharibə zonasında “ən möhkəmləndirilmiş” ərazilərdən biri adlandırılır. Qəzet digər məqamlar arasında Krımın materikə keçidin yaxınlığında yerləşən Medvedevka kəndinin fotoşəkillərini dərc edib. Şəkildə Sivaş gölünün kənarından uzunluğu bəzi hallarda 900 metrdən çox olan bütöv xəndəklər şəbəkəsi görünür. Həmçinin orada üç sıra “əjdaha dişləri” var. Bu, piramidal formaya malik beton tank əleyhinə maneələrdir. Nəşrin yazdığına görə, Rusiya Ukraynanın yaz əks-hücumunu gözlədiyi son həftələrdə belə müdafiə strukturları xüsusilə sürətlə peyda olmağa başlayıb. Krımın Saak rayonundakı Vitino kəndinin fevralın 27-də çəkilmiş şəklində boş sahil görünür. Bununla belə, artıq martın 12-də dəniz yaxınlığında xəndəklər xətti yaranıb. Vitino yaxınlığında çəkilmiş görüntülərin birində səngərlərdə qurulmuş bir neçə artilleriya da var: “Bəzi analitiklər bildirirlər ki, aktiv döyüş əməliyyatlarından uzaq zonada belə silahların olmasını izah etmək çətindir”. O da vurğulanır ki, Rusiya hərbçiləri xəndəklər qazmaq üçün həm canlı qüvvədən, həm də texnikadan istifadə edir: “İnternetdə gündə 90 dollardan çox qiymətə səngərləri beton və taxta ilə möhkəmləndirmək üçün işçi axtarırlar və bu, qibtə edilən maaşdır”. Müdafiə strukturlarının bir çoxu təbii su əngəllərinin, məsələn, dəniz sahili və ya kanalların yaxınlığında ortaya çıxıb, bu da Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı əlavə maneələr yaradacaq. Bununla belə, məqalədə Ukraynanın sahilə qoşun yerləşdirmə əməliyyatı və ya Krıma genişmiqyaslı hücum ehtimalının yüksək olduğuna inanmayan ekspertlərə istinad edilir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Təhlili Mərkəzinin Rusiya proqramının direktoru Maykl Kofmanın fikrincə, Ukrayna çətin ki, Krımı “klassik mənada” ələ keçirməyə qərar versin. Direktora görə, Ukrayna ordusu taqətdənsalma taktikasına və yarımada üzərində atəş nəzarətini bərqərar etməyə əl atacaq: “Zaman keçdikcə bu, Krımdakı vəziyyəti dözülməz edə bilər və nəticədə Rusiya onun statusunu müzakirə etməli ola bilər”. Qəzet xatırladır ki, Ukrayna artıq belə bir strategiyanı sınaqdan keçirir: keçən ilin avqustundan Amerikanın ACLED layihəsinin məlumatına əsasən, Ukrayna Rusiyanın Krımda və ya yarımada yaxınlığındakı hədəflərinə 70-dən çox zərbə endirib. Bir çox hallarda bu, dronların istifadəsi də daxil olmaqla hava hücumları olub. Bəzən Krım ərazisindən təşkil edilən diversiyalardan bəhs etmək olar. Nəşr bildirir ki, Rusiya bu hücumların bəzilərini zərərsizləşdirə bilib, lakin onların bəziləri uğurlu olub və dağıdıcı nəticələr verib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ