Bazar günü günü, 08 noyabr 2026
     

İranda saysız türk xalqları - molla rejimi hamısına da düşmən...

Image


“Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər” rubrikasında 1936-cı ildən bu yana İran adlandırılan ölkədə köklü yaşayan türk tayfaları, etnik qrupları barədə danışacağıq. Burada yaşayan türklərin sayı barədə dəqiq rəqəmlər ortada yoxdur.

Bir çox hallarda ortaya təhrif edilmiş rəqəmlər atılır ki, bunları da təhlil etdikdə tamamilə əsassız olduğunu görürsən. Molla-fars rejimi, ondan əvvəl Pəhləvi hakimiyyəti azərbaycanlılar da daxil olmaqla burada yaşayan  türklərin sayını azaltmağa cəhdlər edib, etnik türk tayfalarını farsların içində əritməyə çalışıblar. Amma qayım-qədim türk tayfaları, türk elləri nə milliyyətindən, nə dilindən, nə  dəyərlərindən dönüb, nə də adlarından imtina ediblər.   

İran adlanan ölkədə  türklərinin əhalinin çox hissəsini təşkil etdiyini yazırlar. Bəziləri qeyd edir ki, orada türklərin sayı 37 milyon nəfərdir.

Məlumatlara görə, İrandakı türkdilli xalqlar əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlərdə. İranın şimal-qərb bölgələrindəki əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşir. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Afşaryurd və Türkəmənçölü ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər Qaşqayyurd bölgəsinə şamil olunur.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir.

İnternet resurslarında gedən məlumatda bildirilir ki Güney  azərbaycanlıların sayı 1998-ci ildə, ethnologue saytının təxmini hesablamasına görə, 23,5 milyon nəfər olub. Bu  gün isə 30-35  milyon nəfər olduğu qeyd edilir.  

Bu ölkədə qaşqaylar da daxil olmaqla bir sıra türk tayfaları yaşayır ki, onlar barədə sizə məlumat verəcəyik.

Bayaq qeyd etdik ki, türklərin sayı get-gedə az göstərilir və gerçək sayları rejim tərəfindən açıqlanmır. Türk ellərinə keçməmişdən əvvəl maraqlı bir faktı qeyd etmək istəyirik. İnternet resurslarında gedən məlumata görə, İranın hər on ildən bir keçirilən əhalinin siyahıya alınması prosesində insanların milliyətinə görə hesablanması nəzərdə tutulmur. Bu səbəbdən İranda ayrı-ayrı xalqların say tərkibi barəsində rəsmi məlumat yoxdur. Məlumatlara görə, ABŞ İranda 1956-cı ildə  keçirilən əhalinin siyahıya alınmasını millətlərin sayı göstərilmədiyindən etibarlı saymır. Azərbaycan türklərinə gəlincə, yenə də deyək ki, bizlər orada yerli əhali olmağımıza və say etibarı ilə üstün olmağımıza baxmayaq bizim sayımız düzgün ifadə olunmur.

Burada rejimin məqsədi odur ki, millətləri öz mənfur dəyirmanında üyüdüb manqurtlaşdırsın, amma yüz ilə yaxındır ki, fars-şovinistləri bunu bacara bilməyiblər.

Bəzi mənbələrə görə, farslar İran əhalisinin 50 faizini təşkil edir. Başqa qaynaqlarda isə farsların nüfusu yüzdə 45 dən aşağı göstərilib. Mənbələrə görə, farslardan sonra azərbaycanlılar və digər türkdilli xalqlar İran əhalisinin 25 – 37, kürdlər 8, bəluclar 3, ərəblər 3, türkəmənlər 3 faizini təşkil edir. Bunlar dəqiq olmayan məlumatlardır. 

Orada yaşayan türk xalqlar, tayfalar, etnik qruplar barədə elmi ədəbiyyatda  məlumatlar çoxdur. İran adlandırılan ölkədə Bayatlar, Şahsevənlər, Qarapapaqlar, Qacarlar, Ayrumlar, Qaradağlılar,

Bıçaqçı eli, Tərəkəmələr, Padarlar, Qaradağlı eli, Toxmaqlu, Beydilili, İlyasxanlı, Bayburdlu, Qaradağlı və başqa tayfalar var. Eyni zamanda , Xorasan türkləri, türkmənlər, Əfşarlar, Xələclər, Qaşqaylar, Ağaçəri tayfaları öz dillərini, mədəniyyətlərini, folklorlarını qoruyurlar. Doğrudur, bunların təbliğatına fars-molla rejimi çox ciddi maneələr törədir, amma türklər öz milli kimliyindən keçmir, imtina etmir.

Bu tayfaların əksəriyyəti barədə çoxlarımızın məlumatı var. Amma elə tayfalar var ki, onlar haqda geniş danışılmayıb. Məsələn,  götürək elə Ağacəri elini. Çoxumuzun bu barədə elə də geniş məlumatımız yoxdur.

Tədqiqatçılara görə, Ağacəri eli indiki İranda yaşayan türkdilli tayfadır. Məlumata görə, Səlcuqlar, monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak ediblər və V əsrdə Azərbaycana gəliblər. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat verib.

Beşinci əsrdə ağacəri eli Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdı. Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbiləsindən biri adlandırıb. Onlar sonradan indiki İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü-özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlib. Daha sonra biz Ağacəri adına Anadolunun Maraş dağlarında Avşar və Bayatların qonşuluğunda rast gəlirik. 1246-cı ildə həmin bu Ağacərilər Elxanlı sərkərdəsi Baycu noyonla çarpışmışlar. Ağacərilərin başqa bir bölüyü isə uzun illər Ərdəbil yaxınlığındakı Xalxalda hakim olmuşlar. Qəzvinin ünlü Ələmut qalasının (“qartal yuvası”) Hülaku xan tərəfindən fəthinə Ağacəri eli də qatılmışdır.

Ağacəri elinin adına Qaraqoyunluların və Ağqoyunluların tərkibində də rast gəlinir. Minorski Ağacəri elini Kohgiluyə Lurlarının tərkibində göstərsə də, Ağacəri elinin Türklərdən ibarət olduğunu söyləmiş və tirələrini sadalamışdır: Avşarlar, Cağataylar, Bəydililər və Qarabağlılar. Ağacərilərin ən azından bir hissəsinin (xüsusən Avşar adlı tirələrinin) keçmişdə bir zamanların qüdrətli Oğuz boyu olan Xuzistan Avşarlarının 1596-1597-ci illərdəki üsyandan sonra I Şah Abbas tərəfindən pərən-pərən salınmış Kohgiluyə bölgəsindəki qolundan törədiyini güman etmək olar. Ağacəri elinin Qaşqayların Kəşküli bölüyü ilə də bağlılığı təxmin edilir, çünki, hər ikisinin tərkibində eyni adlı Bəydili və Cama Bozorqi adlı tirələr var.

1820-ci illərdə Ağacəri eli Xuzistan ərazisində Behbahan şəhəri ətrafına bu şəhəri Bəxtiyarilərdən, Boyer Əhmədilərdən və başqa köçərilərdən qorumaq üçün köçürülmüşlər. Ağacəri Türklərinin bir qismi zamanla İrandilli qövm olan Boyer Əhmədilərə qarışmış və həmin qism bu gün Ağayi adı ilə tanınır. 1913-cü ilə aid bilgilərə görə Behbahandakı Ağacərilərin sayı 2,000 ailə qədər olmuşdur. Tirələri bunlardır: Bəydili, Avşar, Cağatay, Ağbaği, Şeri, Lur Zaban, Baseri, Cama Bozorqi, Tiləkü, Deyləmi, Gəştil və Davudi. Ağacəri elindən bir çoxları İran adlanan ölkənin güneyindəki Abadan, Bəndər Mahşəhr və öz adlarını daşıyan Ağacəri şəhərinə köçüb və hazırda neft sənayesi başda olmaqla müxtəlif peşələrdə işləməkdə və şəhər həyatı sürməkdədirlər.

Ağacəri eli barədə vaxtilə Azərbayan Sovet Ensklopediyasında məlumat verilib.

Güney Azərbaycan da daxil olmaqla, İran adlanan ölkənin digər yerlərində tarixən mövcud olan türk elləri, türk qrupları çətinliklə də olsa bu gün öz varlıqlarını qoruya bilirlər. Molla rejiminin türk xalqını öz içində əritmək siyasətini dərindən anlayan türklər öz varlıqlarını qorumaq üçün mübarzə aparırlar.  

Növbəti yazılarda başqa türk elləri barədə də ətraflı danışacağıq.

Əzizim suda yandı,
Sel gəldi, su dayandı,
Eşq oduna su səpdim,
Alışdı, su da yandı;

Əzizim daşa çalar,
Su özün daşa çalar,
Yemə namərd çörəyin,
Qayıdar başa çalar.

Türk ellərindən əsib gələn bu bayatılar bu böyük xalqın zənginliyinin bir örnəyidir. Hər türk qövmü öz dilinə sadiqdir və soyunu, adını yaşadır...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ