Bazar günü günü, 08 noyabr 2026
     

Molla rejimi “Ət qiyamı”na görə “Sazandegi” qəzetini bağladı...

Image


İran prezidenti İbrahim Rəisi parlamentə büdcə qanun layihəsini təqdim etdikdən sonra bu il ölkə üçün inflyasiyanın artması ilə bağlı proqnozlar bəzi deputatlar və iqtisadi ekspertlər tərəfindən gündəmə gətirilir.

İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhər nümayəndəsi Qulamrza Nuri Qızılca bu xüsusda bildirib ki, İbrahim Rəisi kabinetinin büdcə qanun layihəsi inflyasiya xarakterli olduğundan, bu il insanlar üçün dolanışıq baxımından çətin bir il olacaq: “Bu ilin büdcəsi acınacaqlı vəziyyətdədir, iqtisadiyyatda tənəzzülə səbəb olacaq inflyasiyanı yüksəldən büdcə qanun layihəsi olduğundan, praktiki olaraq heç bir göstəricini yaxşılaşdırmayacaq və keçmiş vəziyyəti davam etdirəcək”.

Nuri Qızılca Nazirlər Kabinetini də tənqid edib və bildirib ki, nə parlament nazirlərin impiçmentinə ciddi yanaşır, nə də prezident hökumət kabinetinin təşkilində daha bacarıqlı və səmərəli insanlardan istifadə edir. Ölkənin iqtisadi vəziyyətini, prezident İbrahim Rəisi hökuməti və onun kabinetinin fəaliyyətini tənqid edənlər təkcə bir neçə parlament nümayəndəsi ilə məhdudlaşmır. İndi əksər tənqidçilər hökumətin büdcə qanun layihəsinin inflyasiya xarakteri daşıdığını vurğulayır. “Ticarət” qəzeti hökumətin büdcə qanun layihəsi haqqında yazır: “Hazırda qeyri-hökumət təşkilatlarının, o cümlədən media, dini təbliğat və ordu büdcəsi olduqca artıb. Hazırda böyük böhranlarla üzləşən İranın büdcə qanun layihəsinin bunları nə cilovlamaq, nə də həll etmək imkanı var, çünki rəsmilərin əksəriyyətinin iradəsi həmin böhranlara üstünlük vermək yönündə deyil”. Hökuməti tənqid edənlər büdcə qanun layihəsini və onun inflyasiyaya səbəb olan rolunu tənqid edərək, insanların, xüsusən də orta və aşağı təbəqənin məişət şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıq etsələr də, hökumət bunlara qarşı heç bir addım atmır. Bu vəziyyətdə son zamanlar dolların məzənnəsi kəskin artıb, İranın milli valyutasının dəyəri rekord dərəcədə devalvasiyaya məruz qalıb. Iran Statistika Mərkəzinin yayımladığı məlumata görə, inflyasiya səviyyəsi 53,4%-ə çatıb. Bu vəziyyətdə son məlumatlara əsasən, İranda qırmızı ətin qəfil bahalanması ictimaiyyəti qəzəbləndirib. Tehran sakinləri sümüksüz qoyun ətinin kilosunun 5 milyon riala və ya 10 dollara satıldığını bildirir. Bu, son həftələr ərzində 10 faizədək artım deməkdir. Yarırəsmi ILNA xəbər agentliyi bu yaxınlarda yazırdı ki, son bir ildə qırmızı ət 90 faizədək bahalaşıb. Yəni ət dolanışığı çətin keçən iranlıların çoxu üçün əlçatmaz təama çevrilməkdədir. Son həftələr milli valyuta rial dəyərsizləşdikcə digər ərzaq məhsulları, o cümlədən çörək, süd məhsulları, bitki yağı da bahalaşıb. Rial fevralın 20-də ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb, məzənnə 501 min 300 rial olub. İranlıların çoxu qiymət artımına görə ultra-mühafizəkar prezident İbrahim Rəisi hökumətini günahlandırır. 2021-ci ildə hakimiyyətə gəlmiş Rəisi ABŞ sanksiyaları, illərin yanlış idarəçiliyi altında əzilən iqtisadiyyatı dirçəltmək vədi vermişdi. Ancaq Rəisi vəzifəyə keçəndən Qərblə 2015-ci il nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlar səngiyib. Həmin saziş Tehranın həssas nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Bu isə İranda iqtisadi vəziyyəti pisləşdirib, iranlıların çoxunu yoxsulluğa sürükləyib. Hökumətə qarşı etirazların amansızlıqla yatırdılması, Ukraynada müharibə aparan Rusiyanın döyüş dronları ilə təchiz olunması isə Tehranı daha da təcrid vəziyyətinə salıb. Belə vəziyyətdə xalqın qəzəbindən ehtiyat edən rəsmilər qiymət artımını inkar etməyə çalışıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Məsud Əmrullahi  bildirib: “Qırmızı ətin bahalanması barədə yazılanlar kiberməkanda neqativ mühit yaratmaq səylərinin nəticəsidir”.

Tehranda bələdiyyə rəsmisi Əyub Fesahat isə qoyun ətinin 5 milyon riala satılmasını inkar edib. Onlarla iranlı onun dediklərini təkzib edib, supermarketlərdən ətin bahalandığını göstərən fotolar paylaşıblar. İctimai qəzəbin qızışdığı bir dönəmdə hakimiyyət fevralın 20-də “Sazandegi” qəzetini bağlayıb. Həmin gün qəzetin manşet yazısı “Ət qiyamı” adlanırdı. Daha öncə də hökuməti tənqid etmiş qəzet “saxta kontent” yaymaqda, “ictimai rəyi pozmaq”da ittiham olunub. Qəzetin baş redaktoru Əkbər Montacabi media orqanının məhz gözəgirən başlığına görə hədəfə alındığını düşünür. Montacabi bildirib: “Belə eşitdik ki, prezident və hökumət üzvləri “Ət qiyamı” başlığından qeyzləniblər. Nəticədə təhsil naziri idarə heyətinin qəzeti bağlamasını istəyib”. “Hammihan” qəzeti isə redaksiya məqaləsində yazıb ki, “Sazandegi”nin bağlanmasına hökumətin qəzəbi səbəb olub: “Hökumət əhalinin problemlərini həll edə bilmir, vədlərini yerinə yetirməyə heç yaxın düşməyib, acığını çıxarmağa günah keçisi tapmalıydı”. Kənd Təsərrüfatı Nazirliyi bu durumda ətin bahalanması ilə mübarizə planını açıqlayıb. Nazirlikdən Əmrullahi deyib ki, qanunu pozanlar cəzalandırılacaq. Ancaq detalları açıqlamayıb. O, ətin ortalama qiymətinin 2 milyon 800 min – 2 milyon 950 min rial olduğunu deyib. Tehrandan anonimlik şərtilə danışan bir jurnalistin “Fərda” radiosuna dediyinə görə, iranlılar getdikcə artan qiymətlər ucbatından əsas ərzaqları, o cümlədən meyvə ala bilmirlər: “O gün bəzi şeylər almağa çıxdım. Axırıncı bazarlıqla müqayisədə qiymətlər artmışdı, hər şeyi ala bilmədim. Getdikcə daha çox adam belə durumla üzləşir”. Son illər İranda bahalanma, işsizliyin artması, yoxsulluq müəllimlərin, təqaüdçülərin, avtobus sürücüləri və digər işçilərin küçə etirazlarına səbəb olub. Ötən sentyabrda isə hicab qaydasını pozmağa görə saxlanmış gənc qadının polisdə ölümü ölkə boyunca etirazlara səbəb olub.

Samirə SƏFƏROVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ