Bazar günü günü, 08 noyabr 2026
     

Molla siyasətinə rejimin içindən etiraz - Güney də fəallaşır...

Image


İran rejiminin yarıtmaz sosial-iqtisadi siyasəti bu ölkədə əhalinin durumunun daha da ağırlaşmasına, xalq etirazlarına yeni təkan verməkdədir. Artıq rəsmi dairələrdə də vəziyyətin ağırlığından şikayətlənənlərin sayı artır. Urmiyə şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Həzrətpur bu fonda ölkə idarəçilərinin səmərəsizliyini tənqid edərək, İranın mövcud durumunun böhran xarakteri daşıdığını bildirib.

Həzrətpur parlamentdəki çıxışında ölkənin kritik vəziyyətdə olduğunu bildirərək, iqtisadi vəziyyətin pisləşməsini və milli valyutanın kəskin ucuzlaşmasını tənqid edib. deputat İbrahim Rəisinin kabinetinin bacarıqsız olduğunu bildirib. O qeyd edib ki, sonuncu dəfə parlamentdə çıxış edərək ölkənin böhranlı vəziyyəti və bacarıqsız kabinetin zəifliyi barədə xəbərdarlıq edəndə İranın milli valyutasının dəyəri indiki dəyərdən iki dəfə çox idi və bu böhranlardan çıxmaq üçün daha çox ümid var idi. Qeyd edək ki, İranın problemli valyutası yenə də psixoloji səviyyədən daha aşağı düşərək, bir ABŞ dolları üçün 500 min rial olub. Təxminən 50%-lik inflyasiya ilə üzləşən iranlılar əmanətləri üçün təhlükəsiz olan dollar, digər sabit valyutalar və ya qızıl alır ki, bu da rialın gələcəkdə daha da aşağı düşməsinə səbəb olacaq. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2018-ci ildə ABŞ sanksiyalarının bərpası Tehranın neft ixracını və xarici valyutaya çıxışını məhdudlaşdırmaqla İran iqtisadiyyatına böyük ziyan vurub. Ötən sentyabr ayından bəri İran və dünya qüdrətləri arasında sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını azaltması üçün aparılan danışıqlar dalana dirənib və bu, İran iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntilərə mənfi təsir edib. Belə vəziyyətdə son altı ayda İran valyutası təxminən 60% dəyər itirib. Yaranmış vəziyyətdə prezident İbrahim Rəisiyə müraciət edən Həzrətpur inflyasiya və cəmiyyətdə işçilərin, dövlət qulluqçularının və təqaüdçülərin güzəranına təsir edən dərin sinif fərqliliyi barədə xəbərdarlıq edib. O, 18 milyon rial həcmində gəlirin yoxsulluq səviyyəsi olduğunu söyləyərək, hökumətin 10 milyondan az maaş alan fəhlə, dövlət qulluqçusu və təqaüdçülərin maaşlarını yalnız 20 faiz artırmasını da tənqid edib. İrandakı fundamentalist hərəkata yaxın olan və eyni zamanda Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan Həzrətpur daxili düşmən adlandırdığı İran hökumətindəki bəzi şəxslərin ölkəni sanksiya, təcrid və beynəlxalq münaqişələrə sövq etdirməyə meyilli olduqlarını deyib. Digər tərəfdən bəzi millət vəkilləri İbrahim Rəisi kabinetinin hazırladığı büdcə layihəsi ucbatından bu il inflyasiya səviyyəsinin artacağı ilə bağlı xəbərdarlıq ediblər. Neft və qazla zəngin olan İranda əhalinin bu gün yoxsulluq səviyyəsindən də aşağı həddə yaşaması rejimdən narazılığı artırır. Artıq 6 aydır ki, İranda etiraz aksiyaları davam edir. Hakimiyyət nə qədər çalışsa da, insanları sakitləşdirə bilmir. Hakimiyyət tez bir zamanda ölkədə sosial-iqtisadi vəziyyəti, beynəlxalq nüfuzunu, legitimliyini yaxşılaşdırmaq gücündə deyil. Aksiya iştirakçılarını edam etməklə nəyəsə nail olmaq mümkün deyil. İrana köklü islahatlar lazımdır ki, bu islahatları indiki hakimiyyətin reallaşdırması heç də mümkün görünmür. Hazırda isə görünən odur ki, İran rejiminin dəyişmək fikri yoxdur, bu isə yenə də inqilaba yol açmaqdadır.

Hələlik isə İranda əhali ağır sosial-iqtisadi şərtlər altında yaşamaq məcburiyyətində qalıb. Qərb tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar ölkədə ərzağın qiymətinin sürətlə qalxmasına, işsizliyin yaranmasına, aztəminatlı ailələrin sayının artmasına gətirib çıxarıb. İran hökuməti Qərb dövlətləri ilə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilmir. Yığılıb qalan və həlli olduqca çətin olan sosial problemlər əhalinin kütləvi çıxışlarına səbəb olur. Bu hal Cənubi Azərbaycanda da özünü qabarıq göstərir. Əhali burada sosial-iqtisadi müstəvidə etirazlarla yanaşı, digər hüquqları, məsələn, ana dili uğrunda da mübarizəyə xüsusi diqqət edir. Bu fonda 21 Fevral Beynəlxalq Ana Dili Gününün Cənubi Azərbaycanda və türklərin yaşadığı bölgələrdə milli fəallar tərəfindən müxtəlif formalarda qeyd edilməsi rejimi bir qədər də qorxuya salıb. Qeyd edək ki, Cənubi Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Muğan, Şəbistər, Urmiyə və Ərdəbildə milli fəallar türkcə kitablar paylayaraq, plakatlar açaraq bu günü qeyd ediblər. Ərdəbil vilayətinin şimalında yerləşən Muğan şəhərində milli fəallar şəhərdə uşaqlar üçün Azərbaycan türkcəsində kitablar paylayaraq, bu gündə ana dilində təhsilin vacibliyini vurğulayıblar. Ərdəbilin dövlət universitetinin bir qrup tələbəsi Beynəlxalq Ana Dili Gününə Universitetin Mədəni və Sosial işlər üzrə prorektorunun binası qarşısında əllərində ana dilinin əhəmiyyətindən, ana dilində təhsilin qadağan olunmasından bəhs edən pankart tutaraq, İran Azərbaycanında ana dilində təhsilə icazə verilməməsinə etiraz ediblər. Plakatın birinin üzərində belə yazılıb: “Neçə dil bilən neçə insandır, ana dilin bilməyən necə insandır”. Həmçinin Şəbistər şəhərində əllərində “Dünyalıq Ana Dili günü qutlu olsun” yazılı plakat tutan bir qrup milli fəal fotolarını sosial şəbəkələrdə paylaşaraq, Beynəlxalq Ana Dili Gününün əhəmiyyətinə və ana dilində təhsilin əhəmiyyətinə ictimai rəyi cəlb etməyə çalışıblar. Milli fəalların sosial şəbəkələrdə yaydıqları şəkillərdə Tehran yaxınlığındakı şəhərlərdən biri olan və xeyli sayda Azərbaycan türkünün yaşadığı Kərəc şəhərində üzərində “Ana dilimizi qoruyaq” yazılmış afişaların quraşdırıldığı görünür. Həmçinin Təbriz Tibb Elmləri Universitetinin tələbələri Səhənd Mədəniyyət Ocağı olaraq Beynəlxalq Ana Dili Günü münasibətilə mərasim keçirib və tələbələr arasında ana dilində təhsilin əhəmiyyətindən bəhs edən broşürlər paylayıblar. Xatırladaq ki, İran Konstitusiyasında “yerli dillərin tədrisi azadlığı” məsələsinin yer almasına baxmayaraq, İran İslam Respublikasının yaranmasından 44 il keçsə də, məktəblərdə Azərbaycan türkcəsinin tədrisi üçün hər hansı bir ciddi addım atılmayıb. İslam Respublikasının rəsmiləri, o cümlədən İrandakı Azərbaycan vilayətlərinin valiləri və parlamentdəki bəzi millət vəkilləri dəfələrlə məktəblərdə türkcənin tədrisi ilə bağlı vədlər versələr də, indiyədək xalqın bu tələbinin yerinə yetirilməsi üçün heç bir əməli tədbir görülməyib. Keçən il noyabrda Azərbaycan prezidenti İlham Əliyev Bakıda ADA Universitetində keçirilən beynəlxalq konfransın açılışında bu məsələyə münasibət bildirərək, İranda Azərbaycan dilində tədrisin həyata keçirilməməsini tənqid etmiş, nəticədə İran azərbaycanlılarının dilin ədəbi komponentini itirirdiyini və beləliklə də Azərbaycan dilinin sadəcə məişət səviyyəsində qaldığını bildirmişdi.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ