Bazar günü günü, 08 noyabr 2026
     

İranda siyasi sistemi dəyişdirirlər - molla rejiminin manevri...

Image


İranda hökumətə qarşı aylarla davam edən nümayişlərdən sonra etirazçılar dini rejimin dağılmasına çağırır, sosial və siyasi azadlıqlar tələb edirlər. Ölkənin müxalifət fiqurları və mülki cəmiyyət qurumları mövcud teokratik sistemin transformasiyasını, hətta demokratiya ilə əvəzlənməsini nəzərdə tutan təkliflər irəli sürüblər.

1979-cu il islam inqilabından bəri klerikal isteblişmentin idarə etdiyi İranda siyasi dəyişikliyə çağırışlar getdikcə artır. Ötən ilin sentyabrından başlanan antirejim etirazları son həftələr səngisə də, onilliklər boyunca hakimiyyətə qarşı ən böyük etiraz sayılır. Etirazçılara qəddarlıqla divan tutulub, yüzlərlə nümayişçi öldürülüb, minlərlə insan həbs olunub. Belə bir vaxtda İranın daxilində 20-dək həmkarlar ittifaqı, tələbə təşkilatları, vətəndaş cəmiyyəti qrupları yaydıqları birgə xartiyada yeni, müasir və humanist cəmiyyətlə bağlı baxışlarını açıqlayıblar. Xartiyada gender bərabərliyi, azad söz hüququ, bütün siyasi məhbusların buraxılması, ölüm hökmünün ləğvi, etnik və dini azlıqların qorunması tələb olunur. Bu sənəddən öncə isə müxalifət xadimi Mir Hüseyn Musəvi İranda siyasi sistemin fundamental transformasiyasına çağırıb. O, azad referendum, İranda demokratik sistemə yol açacaq yeni konstitusiya hazırlamaq çağırışı səsləndirib. 2011-ci ildən ev dustaqlığında olan keçmiş baş nazir ölkə daxili və xaricindəki tanınmış xadimlərdən dəstək alıb. Musəvi bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyirlər. İranın aparıcı sünni din xadimi Molavi Abdolhamid isə etirazçıların tələbləri üzrə referendum keçirməyə çağırıb. İslam respublikasında əsas etirazçılardan sayılan din xadimi moizələrində ölkədə insan haqları pozuntularını pisləyir. Etirazların episentri olan qərbi Kürdüstan vilayətində isə bir qrup islamı din xadimi beynəlxalq müşahidəçilərin iştirakı ilə referendum keçirməyə, dövlət repressiyasında rolu olanları mühakimə etməyə səsləyib.

Bu günlərdə İranın mühacirətdə olan bir qrup müxalifət xadimi Vaşinqtonda Corctaun Universitetində bir araya gəliblər. Onların içində keçmiş vəliəhd şahzadə Rza Pəhləvi, insan haqları fəalı Məsih Əlinecad da olub. Qrup bildirib ki, azad seçkilər və daha sonra yeni, dünyəvi demokratik sistemə keçid üzrə xartiya üzərində işləyir. Ancaq səkkiz nəfərdən ibarət bu qrupun və təkliflərinin İran daxilindən dəstək görüb-görməyəcəyi bəlli deyil.  Onu da qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransına İran rəsmilərinin əvəzinə Rza Pəhləvinin dəvət alması bir çox mətləblərdən xəbər verir. Tehran Universitetinin professoru, hazırda Kanadada yaşayan Rza Bərəhani qeyd edir ki, İran hakimiyyətinin həyata keçirdiyi siyasi xətt getdikcə onu dünya birliyindən uzaqlaşdırır və legitimliyinin tanınmasını şübhə altına salır: “İslam inqilabının banisi hesab edilən İmam Xomeyninin “Nə Qərb, nə Şərq. İran öz yolunu müəyyənləşdirib irəli getməlidir” fikri onu nəinki irəli aparmadı, əksinə, yüz ildən də çox geri saldı. İş o yerə gəlib çatıb ki, İran hər il dəvət aldığı beynəlxalq tədbirə belə dəvət almır. Rəsmi Tehranın yerinə Münhen Təhlükəsizlik Konfransına devrilmiş şahın oğlunun dəvət alması onu deməyə əsas verir ki, artıq dünya İranın legitimliyini qəbul etmək istəmir”. Vaşinqtonda yaşayan siyasi təhlilçi Əli Əfşari deyir ki, İranda antirejim etirazlarının əsas şüarı olan “qadın, həyat, azadlıq”dan ruhlanan inqilabi proses formalaşır. İranda fəaliyyətinə görə həbsdə olmuş keçmiş tələbə lideri Əfşarinin sözlərinə görə, referendum çağırışları və yerli vətəndaş qruplarının xartiya dərc etməsi etiraz hərəkatı üçün ümidverici perspektiv açır. ABŞ-ın Virciniya ştatında yerləşən “William & Mary” kollecindən tarixçi və professor köməkçisi Peyman Cəfəri isə qeyd edir ki, İranda sıravi qurumların hazırladığı xartiya radikal dəyişikliyin daxildən və aşağıdan gələcəyinə güclü bir xatırlatmadır: “Sənəddə konkret tələblər qoyulur və milyonlarla iranlını əldə edilməsi mümkün məqsədlər ətrafında birləşdirə bilər”. Bunlar fonunda davam edən etiraz aksiyaları rejim üçün əlavə çətinliklər yaradır. İranda Tehranın Evin həbsxanasında edam edilmiş Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kəriminin 40 mərasimlərinin ardınca başlayan etiraz nümayişlərində ölkədəki rejimin dəyişdirilməsinə çağırışlar edilib. Sosial media şəbəkələrində dərc olunmuş videolarda Tehranın bir neçə məhəlləsində toplaşan insanların “Biz sonadək dayanacağıq!” və “Diktatora ölüm!” şüarları səsləndirdikləri görünür. Etirazçılar “diktator” deyəndə, bir qayda olaraq, İranın ali rəhbəri ayətullah Əli Xamneyini nəzərdə tuturlar. Qeyd edək ki, 39 yaşlı Hüseyni ötən noyabrda başqa bir etirazçının qırxı günü aksiya ilə qeyd edilərkən İran hərbiləşdirilmiş Bəsic birləşməsinin bir üzvünü qətlə yetirməkdə ittiham olunaraq ən yüksək cəzaya məhkum edilmişdi.

22 yaşlı kürd əsilli iranlı Kərimi isə Kərəc şəhərində keçirilən etiraz aksiyasında Bəsic üzvünün qətlində ittiham olunmuşdu. Hüseyni və Kərimi yanvarın 7-də Evin həbsxanasında edam ediliblər. Son həftələrdə İran etirazçıları öldürülmüş yoldaşlarının 40 mərasimlərini antihökumət aksiyalarına çevirmək taktikasından istifadə edirlər. Əslində bu taktikadan 1979-cu ildə şahı devirmiş İslam inqilabı zamanı da istifadə olunmuşdu. İranın qərbindəki Kürdüstan ostanındakı Sənandəc şəhərində nümayişçilərin tonqallar qalamaqla yolları bağlamaları haqqında xəbərlər gəlir. Sənandəcdəkinə bənzəyən aksiyaların İranın Məşhəd, İsfahan, Kərəc və Ərak daxil bir neçə şəhərində də keçirildiyi deyilir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ